Azad Rəhimov: “Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik”
Tarix: 25-06-2017 | Saat: 22:54
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər
“Qran-Pri biz gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Əslində, bu bizim ilk qələbəmizdir”.
Bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib. O, Bakıda ardıcıl ikinci dəfə “Formula-1” üzrə keçirilən Qran-pri turnirini dəyərləndirib.
Rəhimovun sözlərinə görə, bu dəfə Azərbaycan Qran-Prisi adlanan yarış yüksək təşkilatçılığı ilə fərqlənib: “Digər qələbəmiz birinci Avropa Qran-Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artımın qeydə alınmasıdır. Statistikasına baxsaq, görərik ki, bütün biletlər satılıb. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Onlardan biri odu ki, hazırda tvitterdəki haştaqlara görə AzerbaijanGP dünyada birinci yerdədi. Bakı isə 4-cüdü. Mən indi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. İndiyədək Azərbaycanla bağlı bir dənə də olsun məlumat belə yazmayan NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Biz Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik və gələn il də belə maraqlı məqamlar olacaq”.
Qeyd edək ki, Azərbaycan Qran-prisini qalibi Daniel Rikkardo (“Red Bull”) olub.
Xəbəri paylaş
7888 dəfə oxunub.
Digər xəbərlər

25-01-2018, 16:40
İcra başçısı: Bayılda sürüşmə zonasından köçürülmış sakinlərə kirayə pulu veriləcək
17-05-2022, 11:58
Ölkədə bahalaşma DAYANMIR - "Çünki bəzi məmurlar bunda maraqlıdır"
12-08-2019, 12:07
Boksçularımız Avropa birinciliyində medal qazanıblar
21-04-2015, 20:01
Türkiyədə yaşayan ermənilər ölkədən qovula bilər.
17-01-2019, 11:06
"WhatsApp"da yalan məlumat yayanlar axtarılır - cəzalanacaqlar
11-09-2023, 17:24
Aysunun keçmiş əri evlənir - "Həyatımda insan var və mən xoşbəxtəm!"
22-11-2021, 13:55
Eldar Əzizovun Bakıda hər tində tikilən obyektlərdən xəbəri varmı?
4-11-2018, 12:07
Tramp səfəri ləğv etdi
1-03-2022, 09:21
Mart ayında hava necə olacaq?