Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul edib.
Tarix: 25-06-2015 | Saat: 17:02
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.

Xeberaz.az bildirir ki, ANS PRESS-in məlumatına görə, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim edib.

Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirib və bundan şərəf hissi keçirdiyini vurğulayıb. O, bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini deyib.

Latviyanın sabiq prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirib.

Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqenin nümayiş etdirilməsinin yolverilməz olduğu vurğulanıb.

Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulandı, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olunub, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.


Xəbəri paylaş

4948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___