Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Tarix: 18-06-2017 | Saat: 14:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.
Xəbəri paylaş
7348 dəfə oxunub.
Digər xəbərlər

30-09-2023, 17:49
"Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın"
13-07-2022, 10:25
Bakıda fəhləni tikintidən itələyərək ölümünə səbəb olan şəxs həbs olunub
31-05-2016, 20:22
Şəkidə 8 tondan çox narkotik məhv edildi
7-12-2017, 15:44
Qəribə FƏTVA: Ər arvadını internetlə boşaya bilər
23-12-2021, 11:06
Bakıda sərxoş gömrük işçisi 27 yaşlı xanımı vurdu - FOTO
1-07-2016, 11:16
Türkiyə ordusu terrorçuların sığınacağını bombaladı
11-09-2023, 13:21
Mətanət ilk sevgisindən DANIŞDI: “Bir-birimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO
30-05-2016, 20:43
9 sürücü saxlanıldı - Reyd