Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Makron parlament seçkilərində səs verdi - Yeniləndi
Tarix: 11-06-2017 | Saat: 15:06
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


Bu gün Fransada parlament seçkilərinin ilk turu keçirilir.
Yerli vaxtla səhər saat 08.00-da Fransada seçki məntəqələri açılıb. Parlamentin aşağı palatası olan Milli Assambleyanın 577 deputatını müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 7 min 882 namizəd mübarizə aparır. Seçkilərdə təxminən 47 milyonadək seçicinin səs verəcəyi gözlənilir.
Seçkilər fövqəladə vəziyyət rejimi şəraitində keçirilir. 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarm təhlükəsizliyin təmin edilməsi üçün xidmət göstərəcək.
Qeyd edək ki, Fransada parlament seçkilərinin 2-ci turu iyunun 18-də keçiriləcək.
***
14:12
Fransa Daxili İşlər Nazirliyinin yerli vaxtla 13:00-a olan məlumatına görə, seçicilərin 19.24 faizi səsvermədə iştirak edib.
***
Fransa Prezidenti Emmanual Makron Tuke meriyasına gələrək səs verib.(axar.az)


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 17:36 Bakıda faciəvi hadisə

bütün xəbərlər
____ Instagram ___