Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
Tarix: 11-06-2017 | Saat: 11:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


"Azərsu" ASC Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb.
Xəbəraz.az apa-ya istinadən xəbər verir ki,  "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: "Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir".
A.Cəbrayıllı əlavə edib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. "Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır", - deyə o bildirib.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___