Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
Tarix: 24-06-2015 | Saat: 15:28
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
"Havaların isti keçməsi ilə əlaqədar".

«Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

Xeberaz.az xəbər verir ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və «Ekspres» tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur.

Eyni zamanda, vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___