Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən gözəl qadınlarını edam edən ölkə - İran qandan doymur - FOTOLAR
Tarix: 01-06-2017 | Saat: 19:08
Bölmə:M / Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

Dünyanın ən gözəl qadınlarını edam edən ölkə
 
Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunub və hələ də qalmaqdadır.
Hazırda dünyada edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir.
Müsəlman ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ümumiyyətlə, İran edam cəzaları ilə həmişə dünyanın diqqətini özünə çəkməyi bacarır.
Bu gün bütün dünyanın diqqəti yenə İrana yönəlib.
Çünki İranda ona şiddət göstərən ərini 2012-ci ilin fevral ayında öldürdüyü üçün edama məhkum edilən 22 yaşlı Zeynep Sekaanvand bu gün edam ediləcək.

Beynəlxalq Əfv Təşkilatı İrandan 22 yaşlı qadına verilən edam cəzasının ləğv edilməsini istəsə də bu, nəticəsiz qalıb.
İranın insan hüquqlarını çeynəyərək etdiyi belə amansız cəza tədbirləri illərdir ki, davam edir. Və bu cür cəzalar qadınlara qarşı xüsusi ağır olması ilə seçilir.
Bir neçə il öncə edam olunan Reyhanə Cabbarinin acı hekayəsi

2007-ci ildə İran kəşfiyyatının əməkdaşı olmuşMurtəza Abdulali Sarbəndiniqətlə yetirmək ittihamı ilə məhkum olunan Reyhanə Cəbbari məhkəmənin qərəzli qərarının qurbanı olub.
Özünü təcavüzdən qorumaq üçün Sərbəndiyə bıçaqla xəsarət yetirib öldürən Reyhanənin ölən şəxsin onu zorlamaq istədiyi barədə iddiasının ekspertiza tərəfindən təsdiqlənməsinə baxmayaraq, məhkəmə buna məhəl qoymayıb.
Cəbbarinin edam hökmü dünyada da böyük reaksiya doğurub.
Hökmün ləğvi ilə bağlı dünya ictimaiyyəti kampaniyaya başlayıb. Həmin kampaniyaya BMT-nin Baş katibi Pan Qi Mun, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton, Oskar mükafatçısı, iranlı rejissor Əsgər Fərhadi, mühacirətdə yaşayan müğənni Ququş və digər siyasi, ictimai şəxslər qoşulub.
Günahsız Dilara Darabinin edamı

İddiaya görə, 17 yaşında olanda Dilara 19 yaşlı sevgilisiylə - Əmir Hüseyn Sötudehlə birgə Dilaranın qohumunun evinə giriblər. Amma sonra qadın gəlib çıxıb və baş verən mübahisə zəminində qadın öldürülüb.
Darabi və vəkilləri iddia ediblər ki, 17 yaşlı qızı sevgilisi inandırıb ki, günahı boynuna götürsə, desə ki, qadını mən öldürmüşəm - onda ikisi də qurtulacaq. Dilaraya yetkinlik yaşına çatmadığı üçün ağır cəza verməyəcəklər, oğlan da ancaq yüngül cəza alacaq.
17 yaşında ikən sevgilisinin törətdiyi cinayəti üzərinə götürən, daha sonra isə həqiqəti sübut edə bilməyərək edama məhkum olan daha bir gənc qız.
Bu məsələdə də uzun müddət müzakirə mövzusu olub.
Dinini dəyişməkdə günahlandırılaraq edam cəzası verilən qadınlar

Bir neçə il öncə İranda dinini dəyişməkdə ittiham olunan iki qadının edam ediləcəyilə bağlı xəbər mətbuatın gündəmindən düşmürdü. Xristianlığı qəbul etdiyinə görə həbs olunan Məryəm  Mərziyənin hər azan vaxtı töhmətlənməsi, tənqid olunması, az yemək və su verilərək cəzalandırılması ilə bağlı məlumatlar böyük əks-səda doğurmuşdu.
Haqları tapdanan, səsi eşidilməyən, ağır cəzalara məhkum olan, işgəncələr içində həyatına son qoyulan iranlı qadınların taleyi hər zaman müzakirə mövzusu olub.
Edam cəzasına məhkum olan və ölümünü gözləyən iranlı qadınların həbsxana həyatı

Fotoqraf Sadegh Sourinin kamerasına yansıyan görüntülər həmin qadınların həyat mübarizəsini yaxından əks etdirir.
Həbsxanalar bir insanın yaşaya bilməyəcəyi qədər çirkli və baxımsızdır. Qadınlar uşaqlarını və özlərini doyurmaq üçün saatlarla yemək növbəsində gözləməli olurlar.


Burada hətta 9 yaşlı məhbuslar da var

İranda qız uşaqları 9 yaşından etibarən qanun qarşısında günahkar sayıla bilir və onlara edam cəzası verilə bilər.
Hamilə və ya dünyaya yenicə övlad gətirmiş qadınların vəziyyəti daha acınacaqlıdır.
Təcavüzə uğradığı üçün həbs olunan 13 yaşlı qız

Khatereh adlı bu qız polis tərəfindən yerdə huşunu itirmiş vəziyyətdə tapılıb. Məlum olub ki, o kütləvi təcavüzə uğrayıb. Müalicə olunduqdan sonra "Günahkar Uşaqları Sağaltma Mərkəzi"nə gətirilib. Qızcığazın günahının nə olduğu isə məlum deyil.
Bütün bu qızların həbsxanadakı həyatı gün ərzində bir neçə saat həyətdə gəzmək və yemək növbəsi gözləməklə keçir.

Həmçinin hər gün həbsxanaya gələn din xadimlərinin göstərişi ilə onlar bağışlanmaları üçün Allaha dua edir və namaz qılırlar.

Dəhşətli fakt
İranda edama məhkum edilən qadınlarla bağlı yayılan dəhşətli məlumatlardan biri də onların edamdan öncə cinsi təcavüzə uğramasıdır.
Deyilənə görə, bu, İran siyasi həbsxanalarında bakirə qadınların edam edilə bilməməsi ilə izah olunur. Onların fikrincə, əgər bir qız bakirə olub ölsə, o, birbaşa cənnətə gedəcək. Buna görə də onlara təcavüz edərək cəhənnəmə getmələrini təmin etmiş olurlar. Yayılan məlumatlarda deyillir ki, guya bakirə qızlar edamdan öncə evləndirilir və arada nikah olduğu üçün bunun təcavüz sayılmadığını bildirirlər.
(faktor.az)


Xəbəri paylaş

3 4638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___