Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tələbələr aksiyaya keçirdi - Rektorun əmrinə qarşı
Tarix: 30-05-2017 | Saat: 13:28
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər

Tələbələr aksiyaya keçirdi

Hazırda Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Tələbələr 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsinə etiraz edirlər.
Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: “Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lər əsassızdır. Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:
 
"Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.
***
Rektor Əfqan Abdullayev tələbələrin toplaşdığı əraziyə gəlib. Onlarla müzakirə aparan rektor etirazçıları Universitetin akt zalına dəvət edib. Hazırda rektorla tələbələr ali məktəbin binasında görüşü keçirilir.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___