Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bzejinskidən Rusiyaya dəstək
Tarix: 19-03-2015 | Saat: 14:59
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Bzejinskidən Rusiyaya dəstək

Ukraynada siyasi böhranın nizama salınması yollarının axtarışı zamanı Rusiyanın maraqlarını nəzərə almaq lazımdır.

xeberaz.az-ın məlumatına görə, bunu Amerikanın xarici siyasət ideoloqlarından olan, ABŞ-ın keçmiş prezidenti Cim Karterin milli təhlükəsizliyi üzrə məsləhətçisi, tanınmış politoloq Zbiqnev Bzejinski deyib.

O, "The Times" qəzetinə müsahibəsində deyib ki, sanksiyalar haqqında danışmaq, Rusiyanın Ukrayna ilə bağlı siyasətini ittiham etmək əvəzinə, ABŞ prezidenti Barak Obamanın "hərtərəfli və hər iki tərəf üçün münasib" qərar hazırlaması lazımdır.

Politoloqun fikrincə, Ukraynada real atəşin dayandırılması imkanı hələ qalır. Vaşinqton anti-Rusiya ritorikasını "dayandırmalı", ABŞ-ın və Rusiyanın maraqlarına uyğun olan həll formulasının hazırlanmasına təşəbbüs göstərməyə cəhd etməlidir. Məsələn, belə bir düstur ola bilər: Ukrayna Avropa İttifaqına tərəf irəliləsin, Rusiya isə NATO tərəfindən zəmanət alsın ki, hərbi alyans Kiyevin üzvlük məsələsinə baxmayacaq.

O deyib: "ABŞ Putinə kifayət qədər yumşaq, əyani şəkildə deməlidir ki, əgər, o, hərbi fəallığı göstərməyə başlayacaqsa, bizim ukraynalılara siyasi və silah vermək kimi başqa seçimimiz qalmayacaq."

Ümumiyyətlə, Amerika siyasətçiləri daha əvvəl dəfələrlə fikir bildiriblər ki, Rusiya Ukraynada münaqişənin tərəflərindən biridir və orada "hərbi fəaliyyət" aparır, Ukrayna böhranına Birləşmiş Ştatlar ilə Rusiya arasındakı maraqların döyüş sahəsi kimi baxır.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bildirir ki, Donetsk bölgəsinə Rusiyanın hərbi müdaxilə edir deyənlər indiyədək bunu sübut edən inandırıcı heç bir sübut təqdim etməyiblər.


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___