Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan: Misirin generalları əmr verib (VİDEO)
Tarix: 23-06-2015 | Saat: 00:32
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Ərdoğan: Misirin generalları əmr verib (VİDEO)
Almaniya hökumətinin bu qərarına “Əl-Cəzirə” telekanalı da reaksiya verib.
“Əl-Cəzirə” telekanalından olan jurnalistin, Berlində polis tərəfinən saxlanılması və azadlıqdan məhrum edilməsi mətbuatın diqqətindədi. Hökümətin qərarı, Almaniyalı fəalların hiddətinə səbəb olub. Media nümayəndəsinə qarşı olan qərəzli qərara, siyasi liderlər də şərh bildirib.

Xeberaz.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, “Əl-Cəzirə”nin tanınmış jurnalisti Əhməd Mansurun Almaniya polisi tərəfindən həbs olunması ölkədə böyük etirazlara səbəb olub. Almaniyanın paytaxtı Berlində onlarla ictimai fəal bir araya gələrək həbsə etiraz edib.

52 yaşlı jurnalistin həbsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Ərdoğan Avropa ölkələrini ikili standart nümayiş etdirməkdə ittiham edib:

“Bu gün “mətbuat azadlığı” deyə-deyə “Əl-Cəzirə”nin önəmli əməkdaşını həbs edirlər! Niyə? Misirin generalları əmr edib. Niyə? Ordan 8,5 milyard avroluq sifariş verib. Pul, mənfəət... Sən nələrə qadirsən?”.

Almaniya hökumətinin bu qərarına “Əl-Cəzirə” telekanalı da reaksiya verib. Telekanal bəyan edib ki, Əhməd Mənsur ərəb dünyasının aparıcı jurnalistlərindən biridir və dərhal azad edilməlidir.

Qətərdə fəaliyyət göstərən telekanalın əməkdaşı Berlinin Tegel hava limanında beynəlxalq həbs orderi əsasında saxlanılıb və yaxın zamanda onun Misir dövlətinə ekstradisiya olunacağı güman edilir.

Qahirə cinayət məhkəməsi, həm Misir, həm də Britaniya vətəndaşlığı olan jurnalisti, qiyabi olaraq 15 ilə qədər azadlıqdan məhrum edib.

Mənsur 2011-ci ilin “Ərəb Baharı” hadisələri zamanı Təhrir meydanında adı açıqlanmayan vəkilə işgəncə verməkdə təqsirli bilinir.

Həbsindən sonra həmkarları ilə telefon əlaqəsi saxlayan jurnalist bildirib ki, bu gün Almaniya məhkəməsi onun taleyilə bağlı qərar qəbul edəcək.



Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___