Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Çalışdım ki, zədəmi rəqibim hiss etməsin”.
Tarix: 22-06-2015 | Saat: 23:23
Bölmə:M / Karusel / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

“Çalışdım ki, zədəmi rəqibim hiss etməsin”.
Yarımfinalda zədələndim. Həmin görüşü ağır keçirdim. Həkimlər baxdılar, keyidici vurdular.

Xeberaz.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Avropa Oyunlarında gümüş mükafat qazanan Azərbaycan samboçusu Amil Qasımov deyib.

Kişilərin yarışında 74 kq çəki dərəcəsində mübarizə aparan Qasımov finalda Belarus təmsilçisi Stepan Popova məğlub olaraq, gümüş medalla kifayətlənib.

Qasımov bildirib ki, iki ay bundan əvvəl finalda görüşdüyü rəqibini 3:0 hesabı ilə məğlub edib: “Çalışdım ki, zədəmi rəqibim hiss etməsin. Amma o, ilk dəqiqədən bunu hiss etdi. Zədəli ayağımdan ağrıdıcı fənd götürdü. Çalışdım ki, dözüm. Həmin yer ağrıdığı üçün dözmək çətin oldu. Dünya kubokunda onu məğlub etmişdim. Mən Azərbaycan uğrunda vuruşurdum”.

İdmançımız Belarus təmsilçinin etdiyi jestə görə ona öz təşəkkürünü çatdırıb: “Sağ olsun. O da mənim vəziyyətimdə olsa, mən də onu çiynimə qaldırardım. Çünki bu idmandı”.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___