Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mehriban Əliyeva arzularımı həyata keçirdi”
Tarix: 06-05-2017 | Saat: 09:21
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər


“Mehriban Əliyeva arzularımı həyata keçirdi”


Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüblər.
Xəbəraz.az AzərTac-a istinadən xəbər verir ki, Bolqarıstanın vitse-prezidenti İliana İotova beş il bundan əvvəl Bolqarıstan parlamentinin üzvü, indi isə ölkəsinin vitse-prezidenti qismində Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi duyduğunu bildirdi. O, hələ Avropa Parlamentinin deputatı olarkən Azərbaycanla fəal işlədiyini vurğuladı. Bolqarıstanın vitse-prezidenti dedi: “İcazə verin, Bolqarıstan Prezidenti Rumen Radevin çox xoş sözləri və səmimi arzularını özündə əks etdirən və diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinə həsr olunan məktubunu Sizə təqdim edim. Bolqarıstanda bizim münasibətlərimizin dəyərli tarixi çox yaxşı məlumdur və əminəm ki, münasibətlərimizin gələcəyi də çox gözəl olacaq”.
Məktubdakı xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı ən xoş arzularını və salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi. Bolqarıstan Prezidenti Rumen Radevlə Münxen Təhlükəsizlik Konfransında qısa görüşünü xatırlayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında bundan sonra da yaxşı əməkdaşlığın olacağına əminliyini bildirdi. Prezident İlham Əliyev İliana İotovanı Bolqarıstanın vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Dövlət başçısı qeyd etdi ki, onun vitse-prezident vəzifəsində ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisidir. İkitərəfli münasibətlərimizin müxtəlif sahələri, o cümlədən siyasi, energetika, mədəniyyət sahələrini əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev vitse-prezident İliana İotovanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını Bolqarıstanın bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirdi.
Bolqarıstanın vitse-prezidenti İliana İotova dedi: “Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Mən hələ tələbə olarkən ilk elmi işim Trapezitsa ilə bağlı idi. Xanım Mehriban Əliyeva, Siz mənim ümdə arzularımı həyata keçirdiniz. Siz Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpasında fəal iştirak etmisiniz”.
Birinci xanım Mehriban Əliyeva xoş sözlərə görə minnətdarlıq edərək dedi: “Çox sağ olun. Mən böyük məmnunluqla əməkdaşlığımızı və birgə fəaliyyətimizi davam etdirəcəyəm. Xahiş edirəm Veliko Tırnovodakı bütün dostlarıma mənim salamlarımı çatdırın”.
Bolqarıstanın vitse-prezidenti İliana İotova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.


Xəbəri paylaş

1 0138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___