Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı generalın ailəsi necə qaçıb...
Tarix: 22-06-2015 | Saat: 10:56
Bölmə:M / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Azərbaycanlı generalın ailəsi necə qaçıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xeberaz.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları - Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər.

Bu məqsədlə G.Şəkinskaya 2014-cü ilin əvvəllərində keçmiş həyat yoldaşı Emin Şəkinskinin Səbayel rayonu, M.Hüseynov küçəsi, 14 ünvanında yerləşən evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayaraq zərərçəkmişə külli miqdarda ziyan vurub.

G.Şəkinskaya həmin pulun 31 min manatını özünə və övladlarına saxta sənədlərin hazırlanması və onların Azərbaycan Respublikasının dövlət sərhədindən qanunla müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçirilməsi üçün Əlövsət Əliyev və Namiq Camalov vasitəsilə cinayətkar qrupun digər üzvlərinə verib.

Aralarında olan sövdələşməyə görə, Saçlı Həsənova 17 mart, 2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti nümayəndəliyinə gedib və Gülnarə Şəkinskayanı öz övladı kimi təqdim edib. Onun guya Əliyeva Aysel Müzəffər qızı olduğunu bildirərək aldatmaqla G.Şəkinskayanın adına Bərdə şəhəri, Koroğlu küçəsi, ev 10/1-də yaşamasına dair saxta arayış hazırlatdırıb.

Saçlı Həsənova Bərdə Rayon Polis Şöbəsində saxta arayışla real həyatda mövcud olmayan Aysel Əliyevanın adına şəxsiyyət vəsiqəsi alıb. G.Şəkinskayanın övladlarına da eyni üsulla saxta sənədlər hazırlanıb.

İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Emin Şəkinski ifadəsində Gülnarə Şəkinskaya ilə 2008-ci ildə rəsmi qaydada ayrılmalarına baxmayaraq ailənin maddi təminatının onun üzərində olduğunu, lazım olan pul vəsaitini həmin evdə - özünə məxsus seyfdə saxladığını göstərib.

Emin Şəkinski ötən ilin aprel ayında övladlarına baş çəkmək üçün evə gedəndə mənzildə heç kimi tapmayıb. Eləcə də ona məxsus olan dəmir seyfin yerində olmadığını görüb.

Bundan sonra müəyyən edilib ki, G.Şəkinskaya həmin seyfdə olan 60 min manatı ələ keçirib və 14 aprel, 2014-cü ildə saxta şəxsiyyət vəsiqəsi əsasında, saxta ümumvətəndaş pasportu ilə Balakən Sərhəd-Nəzarət Məntəqəsindən keçməklə ölkəni tərk edib. Eyni zamanda övladlarının adına hazırlanmış saxta ümumvətəndaş pasportları ilə onları da qanunsuz olaraq ölkədən çıxarıb.

İstintaq zamanı məlum olub ki, G.Şəkinskaya qeyd olunan cinayətlərin törədilməsində Əlövsət Əliyev, Namiq Camalov, Şəfiqə Bağırova və digərləri ilə yanaşı həm də doğma qardaşı Fərid Yusubla əlbir olub.

Belə ki, Fərid Yusub ölkə xaricində olmasına baxmayaraq bacısı ilə internet vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb, ona müvafiq məsləhətlər verib. G.Şəkinskaya məhz onun tövsiyəsi əsasında 60 min manatı talayaraq saxta pasportlar əldə edib və övladları ilə birgə Gürcüstan ərazisinə keçib.

Fərid Yaqub 15 aprel, 2014-cü ildə Minsk-Tiflis aviareysi ilə Gürcüstana gələrək bacısı ilə görüşüb, ona Gürcüstandan üçüncü ölkəyə keçmək üçün məsləhətlər verərək sonradan yaşadığı ölkəyə - Belarusa qayıdıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan qaçıb gizləndiklırinə görə barələrində axtarış elan olunub.

Qeyd edək ki, Gülnarə Şəkinskaya DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşı olub.

Cinayət işində adı hallanan hüquq müdafiəçisi Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Hüquq müdafiəçisinin ölkədən qaçmasınının səbəbinin barəsində qaldırılmış cinayət işi ilə bağlı olması istisna edilmir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.



6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___