Qasırğa və leysan yağışları Bolnisi və Marneuli rayonlarında ciddi fəsadlar törədib.
Tarix: 21-06-2015 | Saat: 20:11
Bölmə:M / Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər
İyunun 20-dən 21-nə keçən gecə Gürcüstanda yağan leysan yağışları və qasırğa azərbaycanlıların yığcam yaşadıqları Bolnisi və Marneuli rayonlarında ciddi fəsadlar törədib.
Xeberaz.az -ın AzərTAC-a istinadən verdiyi məlumata görə, qasırğa Marneuli şəhərində bəzi binaların damlarını uçurub, ağacları yıxıb, yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb, yüzlərlə ev işıqsız qalıb. Bir neçə kənddə evlərə su dolub, təsərrüfatlara, meyə bağlarına, istixanalara ciddi ziyan dəyib.
Marneuli bələdiyyəsinin sədr müavini Temur Beridze bildirib ki, 20-25 dəqiqə ərzində evlərin birinci mərtəbələrini və həyətyanı sahələri su basıb.
T.Beridze uzun illərdir bölgədə belə güclü qasırğa və yağışların müşayiət olunmadığını qeyd edib.
Güclü leysan yağışları Bolnisi rayonunda da ciddi fəsadlar törədib.
Rayonun Qoşakilsə kəndinə 20 santimetr qalınlığında dolu düşüb. Daşdıqullar, Həsənxocalı, Arıxlı, Kalağır və digər kəndlərdə meyvə bağlarına, taxıl sahələrinə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda yerli bələdiyyələr və icra strukturları şəhər və kəndlərə dəyən ziyanın miqdarını hesablayırlar.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

19-07-2019, 13:42
"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ AÇIQLAMA
12-05-2016, 21:46
İran Suriyaya nə qədər döyüşçü göndərib?
11-09-2015, 02:40
Sentyabrın 11-də saat 10:00-dan 18:00-dək bu rayonlarda qaz olmayacaq
27-11-2015, 16:16
«Ağdamlı Dəmiri»nin bacısı oğlu DYP rəisi imiş
12-02-2017, 18:32
"Fənərbaxça"nın futbolçusu məhkəməlik oldu
6-08-2021, 10:18
Zaqatalada AĞIR QƏZA: ölən və xəsarət alanlar var
24-01-2016, 18:12
Rusiyada biznesmen uşaqlarını, arvadını və özünü güllələdi - FOTO
14-08-2016, 22:44
Plastik butulkaları təkrar istifadə etməyin! Bu çox təhlükəlidir!