Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şor və çörək (Oxumağa Dəyər)
Tarix: 21-06-2015 | Saat: 19:53
Bölmə:M / Karusel / Təhsil / Maraqlı / M2 | çapa göndər

Şor və çörək    (Oxumağa Dəyər)
Yaqubov Rüfət Xeberaz.az saytına ŞOR VƏ ÇöRƏK hekayəsini təqdim etdi. Yaqubov Rüfət İsmayıl oğlu 24 aprel 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 76 saylı orta məktəbi bitirib. Əsasən hekayə və şeirlər yazır. Hazırda publisistik romanı üzərində çalışır. Bu gün Yaqub üçün çətin bir gün idi, məktəbdən evə ac gəlmişdi.Evdə pul olmadığından, anası ona adi çörək belə verə bilmirdi. Atası işdə idi. Onun hava limanında balaca alış-veriş yeri var idi. Corablar, alt paltarlar və bu kimi xırda əşyaların satışı ilə məşğul idi və artıq bir neçə gün idi ki, alış-verişin olmadığından ailəsinə heç nə gətirə bilmirdi. Amansız sahibkar isə ondan yer pulunu tələb edirdi.
90-cı illərin otası idi. Azərbaycan müstəqil olmuş, atəşkəs imzalamış və quldur başçılardan canını yenicə qurtarmış bir dövlət idi və bu səbəbdən bir çox ailələr işlər qaydasına düşənədək bir təhər dolanırdı. Kərimovların ailəsindən başqa. Onların ailəsi heç bir təhər də dolana bilmirdi.
Saat artıq 17:00-ı göstərirdi. Yaqub nə isə yeməli idi, çünki ac qarına dərs edə bilməzdi. Anası Məlahət qərara gəldi ki,qonşudan bir parça çörək alsın.Alsın ki,heç olmaya balası su ilə onu yesin. Üz tutdu onlardan bir mərtəbə yuxarıda yaşayan Yulya gilə.Necə deyərlər,uzaq qohumdansa yaxın qonşu yaxşıdır.
Yulya Azərbaycanda doğulmuş ruslardan idi, mehriban və gözəl insan idi.O, Kərimovların acınacaqlı vəziyyətindən xəbərdar idi. Öz aləsinin də çətin durumda olmasına baxmayaraq yarım çörək və bir tikə pendir ilə Məlahəti yola saldı.Utana-utana və gözlərindən yaş damcıları axaraq Məlahət balasına bir tikə çörək və pendiri uzatdı.
- Ye, balamsan, ye,sonra dərslərini eləməyə başla, - deyərək ona çörək və pendiri uzatdı.
- Ana bəs sən? Al,pendirin yarısını sən ye, - Yaqub cavab verdi.
Gözlərindən yaş axan ana uşağa daha da çox acı verməmək üçün çörəkdən bir tikə kəsib dedi:
- Əzizim narahat olma, axşam ata gəlib bizə yemək alacaq.
Yaqub cavab vermədən baxışlarını çörəyə tikərək yeməyə başladı.O, əlindəkiləri sadə çörək ilə pendir deyil, dadlı bir kabab tikəsi kimi yeyirdi.
Az da olsa, aclığı dəf edərək sabaha olan dərslərini etməyə başladı. Yaqub çox ağıllı uşaq idi, o bilirdi ki,onun ailəsinin yeganə ümidi onun təhslili və parlaq gələcəyinədir, bundan ötrü o, hər cür çətinliyə dözürdü. Anası ona yalnız oxuyaraq gözəl həyat yaşamağın mümkünlüyünü izah edirdi.
Məlahət oğlunun başının dərsə qarışdığını görərək öz otağına keçdi, artıq üç günə yaxın idi ki, normal yemək yeməməkən qadın tamamilə taqətdən düşmüşdü.Üzü üstə yatağa uzanaraq başını yastığa qoydu ki ,ağlamağını Yaqub eşitməsin. Bu anda Məlahətin anası otağa girir və bu mənzərəni görərək qızını sakitləşdirməyə çalışır.
Məlahət ailə qurandan yoldaşı ilə anasıgildə yaşayırdı.Yoldaşının evi olmadığından başqa çarələri yox idi.Həm də Məlahət evin yeganə uşağı idi.
- Qızım ağlama, yaman günün ömrü az olar, - deyərək anası ürək-dirək verməyə çalışdı.
- Ana məni işdən çıxardılar, Orxan evə üç gündür heç nə ala bilmir, mən daha dözə bilmirəm, - Məlahət ağlayaraq cavab verdi.
- Qızım, mən səni tək böyütdüm, unutmusan? Anar içki düşkünü olandan bəri tək işləmişəm, işsiz qaldığım günlər də olub, amma çətinliyə tab gətirdim, dözdüm və səni böyütdüm, Orxan güclü kişidir, o bundan çıxış yolunu tapacaq, səbr edin, -qoca ana qızını qucaqladı.
Bu an qapı döyüldü.Hər zamankı kimi Məlahət yoldaşına qapını açdı.O, əlində çörək və kiçik bir paketdə şor ilə içəri daxil oldu.
- Salam Məlahət, bunları qoy masaya, oturaq süfrəyə, bu gün üç minlik alver olub, çörək və şor aldım, min manta da sabaha yol puludu, marşrutun arxa qapısından enməkdən bezdim.
- Yaxşı əzizim, - sakit cavab verərək Məlahət mətbəxə keçdi.
Həmin axşam Kərimovların ailəsinə bir az sevinc gəldi, az da olsa yeməyə nə isə tapdılar. Şorla çörəkdən ibarət olan şam yeməyindən sonra hamı yatmağa getdi. Səhər Oxan işə, balaca Yaqub isə dərsə getməli idi.
Yeni gün açıldı, hamı hər zamankı kimi işləri ilə məşğul oldu: Yaqub dərsə, Orxan isə bu gün alverin daha da yaxşı olması ümidivə cibindəki son yol pulu ilə işə yollandı. Məlahət evdə anası ilə yalnız qalaraq televizoru açdı, xəbərlərə baxaraq başını qatmaq istədi.Bu gün o, daha sakit.Əslində, o, səbrli,hər çətinliyə dözən qadın idi.Çünki o öz ailəsini çox sevirdi ,hətta yaxşı günə ümid olmasa belə, hər açılan sabahında Allaha şükr edərək səbr edirdi.Yaquba isə çox inanırdı… İnanırdı ki ,Yaqubun oxuyub yaxşı həyata çıxacağı gün gələcək.O bu günü görməsə belə...
Ardı Var


Xəbəri paylaş

1 9788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___