Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama
Tarix: 17-04-2017 | Saat: 10:59
Bölmə:M / Karusel / Səhiyyə / Reportaj | çapa göndər

Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama
" SERA DENT Stomotoloji Mərkəzi- Sağlam dişlərə sahib olmağın ünvanıdır".
Sağlamlığın ilk mənbəyi,insanın ağız boşluğunda mövcud 32sayda olan dişlərdən asılıdır. Belə ki,qida rejimi zamanı gündəlik həyatda qəbul edilən qidaların, bir sözlə düzgün qidalanmanın çox böyük əhəmiyyəti vardır. Qida qəbulu zamanı bəzən dişlərə düzgün qulluq etmədikdə bir sıra ciddi fəsadlar yaranır. Beləki, diş əti çürümələri nəticəsində dişlərin də sıradan çıxması insanın ömrünün qısalmasına gətirib çıxarır. Belə olan hallarda biz dərhal diş ağrılarını aradan qaldırmaqçün bu sahədə səhiyyənin bir ayrılmaz qolu olan Stomotologiya bölməsinə müraciət etmək məcburiyyətində qalırıq. Bu sahə üzrə mütəxəssis isə Stomotoloq adlanır. Bu vəzifəni üzərində daşıyan həkim isə bu sahə üzrə kifayət qədər tibbi bilgiyə malik olmaqla yanaşı,bu sahənin tələblərinə uyğun olaraq sanitar-gigiyenik qaydalara çox ciddi riayət edərək bunu daim nəzarətdə saxlamalıdır. Belə ki, xidməti fəaliyyəti zamanı qəbul etdiyi pasiyentin sağlamlığının qeydinə qalmaq bilavasitə onun 1həkim olaraq üzərində məsuliyyət yaratmış olur. Son vaxtlar,yaşadığımız bu dövrə xas olan bir sıra ağır infeksion xəstəliklərdən olan " Hepatit C" daha çox yayılıb mövcud olmuşdur. Bu xəstəliyə yoluxmamağın mühüm səbəblərindən biri məhz Gigiyenik qaydalara riayət etməkdir. Bu qaydaların ilk mərhələsi isə stomotoloji kabinetlərin girişində oraya ayaqqabı ilə daxil olmaması üçün giriş qapısı yanında selofanlardan düzəldilmiş Baxillərin və üzdə burun nahiyəsinə qulaqcıqla keçirilən ağızlığın olmasıdır.
Media olaraq aparılan reyd zamanı bizim diqqətimizi təqdirəlayiq hal kimi çəkən bir ünvan oldu. Paytaxt Bakının Nərimanov rayonu ərazisində, metrostansiyanın Park tərəfdən çıxışıyla üzbəüz,Vergilər Departamentinin əsas korpus binasıyla üzbəüz məkanda " Sera Dent" adlı Stomotoloji Mərkəzi. Buranın necə şəffaf fəaliyyət göstərməsini yoxlamaq məqsədilə birbaşa çəkilişlə oraya daxil olduq. Daxil olan ilk andanca,özünü orada çox soyuqqanlı şəkildə özünü sanki heçnə baş verməmiş kimi göstərən,təqdimatda isə buraya rəhbərlik edən Həkim-Stomotoloq Rafiq İsmayılov kimi bildirən bu şəxs elə videomüsahibənin ilk dəqiqələrindən ta sonunadək geniş və vacib əhəmiyyətli açıqlamaları ilə yadda qaldı. Belə ki, Rafiq həkim insanın sağlam həyat tərzi yaşaması üçün məhz ağız boşluğundakı dişlərin sağlamlığı ilə bağlı olduğunu bildirməklə yanaşı sağlamlıq üçün düzgün qaydalara riayət etməni vacib hesab elədi. Dişlərdəki sızıltılı ağrıların fəsil dəyişkənliyi ərəfəsində baş verməsinin səbəblərini açıqlamaqla bir sıra dəyərli məsləhətlərini də verdi. Rafiq həkim, rəhbəri olduğu Stomotoloji kabinetdə stomotologiya işinin düzgün təşkili qaydalarına riayət edilməsinin ən ümdə vəzifə olduğunu bildirməklə burada təşkil olunmuş tibbi avadanlığın texniki göstəricilərilə bizi tanış etdi. Bundan başqa Stomotoloji vasitələrin xidmət zamanı standartlara cavab vermənin zəruriliyini vurğulayan Rafiq həkim, sterilizasiya üsulunun necə tətbiq olunmasını da əyani göstərməklə stomotoloqa müraciət edən hər bir pasiyentə yüksək xidmətin göstərilməsini vacib hesab elədi.
Dəyərli "Xəbəraz.az " izləyiciləri, bütün bu qeyd edilənlərin əyani sübutunu özündə əks etdirən videoreportajı sizə təqdim edərək tam əminliklə onu deyə bilərik ki, siz də dişlərınizin daha sağlam olmasını istəyirsinizsə buyurun bu ünvana gəlin.



Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama
Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama
Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama


Xəbəri paylaş

4 0248 dəfə oxunub.

Digər xəbərlər
5-06-2017, 12:21 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___