Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fransız deputatdan ermənilərə çağırış: Xilasınız üçün...
Tarix: 15-04-2017 | Saat: 14:02
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

Fransız deputatdan ermənilərə çağırış: Xilasınız üçün...


Fransa parlamenti – Milli Assambleyanın deputatı və Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Fransa mətbuatında Azərbaycana qarşı aparılan böhtan kampaniyasına cavab olaraq məqalə yazıb.

Deputat “Həqiqət öz yerini tapır” adlı məqaləsində bildirib ki, söhbət Azərbaycandan gedəndə erməni inkarçılığı fanatizm səviyyəsinə çatır: “Mən erməni diasporunun üzvlərinə Azərbaycan haqqında yalan və böhtanlar uydurmaq əvəzinə iki xalq arasında barışığa çalışmağı məsləhət görürəm.

Dondurulmuş münaqişə şəraitində yaşayan, yoxsulluqla üzləşmiş erməni xalqının taleyindən daha çox Avropada rahat həyat barədə düşünən və özünü “siyasi analitik”, xüsusilə də erməni diasporunun sözçüsü hesab edən birisi yazdığı məqalədə Azərbaycan həqiqətlərini inadkarlıqla təhrif edir. Bu qədər ölçüsüz, yalan və böhtanlarla dolu və kiminsə dəyirmanına su tökən məqalənin hər bir sətirinə düzəlişlər etmək zərurəti var. Amma mən birbaşa və dolayısı ilə mənə aid olan məsələlərə toxunacağam”.

Deputat qeyd edib ki, onun sədrlik etdiyi Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətində erməni “siyasi analitiki”nin məqaləsində iddia olunduğu kimi qaranlıq heç nə yoxdur: “Bu təşkilat Fransanın Azərbaycanda birinci səfiri olmuş Jan Perren tərəfindən yaradılıb. Onun 500-dən çox üzvü var və Fransada çoxlu sayda mədəni-kütləvi tədbirlər təşkil edir. Son ayda bir həftəsonunda Arkaşon şəhərində keçirilən tədbirdə 1000, Ruayyan şəhərindəki tədbirdə isə 500 nəfər iştirak edib.

Sədr müavinlərindən biri də mən olduğum informasiya missiyasına gəldikdə isə gərək həqiqəti dəqiq öz ünvanına yönəldəsən. Azərbaycana qarşı rəqib mövqedə duran UDİ qrupundan olan deputat Fransua Roşbluan Azərbaycan əleyhinə təbliğat aparmaq arzusu ilə Fransa-Azərbaycan əlaqələri haqqında araşdırma komissiyası yaradılmasını istəyirdi. O öz qrupunda kiçik bir azlığı buna inandıra bilsə də, Xarici İşlər Komissiyasındakı ümumi səsvermədə tam uğursuzluğa düçar oldu.

O öz ağlına və bütün qarışıq siyasi biliklərinə əsaslanaraq bu təklifin Milli Assambleyanın reqlamentinə uyğun olmadığını bildirdi və Fransanın da davamlı və ədalətli sülhün bərqərar olması üçün rol aldığı Dağlıq Qarabağ münaqişəsi üzrə informasiya missiyası yaradılmasını israrla tələb etdi.

Beləliklə, Roşbluan öz qrupu adından Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr üzrə informasiya missiyasının yaradılmasına nail oldu.

Amma yenidən onun polemik ümidləri puça çıxdı. Məruzəçi Jan-Lüi Destan 34 dinləmədən sonra əlbəttə, ənənəvi tənqidləri ilə bərabər digər məsələləri də qeyd edir. Burada ortaya əsaslı bir dəlil qoymadan birliklərin, təsisatların, jurnalistlərin mülkiyyət hüquqlarına hörmət olunmaması qeyd olunur. Daha sonra bunları 70 illik kommunizm dövrü ilə, beynəlxalq kontekstlə, regional durumla və həmçinin Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması və bu işğalın təhlükəsizlik üçün hədə olaraq qalması ilə bir qədər yumşaldır.

Bununla belə, təəssüflə qeyd olunmalıdır ki, məruzəçi BMT-nin 4 qətnaməsinə rəğmən 25 ildən artıq bir müddətdə fundamental hüquqları pozulan bir milyondan çox azərbaycanlının öz torpaqlarında didərgin düşməsinə səbəb olmuş Dağlıq Qarabağ münaqişəsinə yüngülcə toxunmaqla kifayətlənir”.

J.F.Mansel bildirib ki, məruzədə həmçinin 1918-ci ildə qadınlara seçki hüququ verilməsi, 1998-ci ildə ölüm hökmünün ləğvi, mənşəyinə, irqinə, dininə görə insanlar arasında fərq qoymayaraq sünni və şiə müsəlmanların, xristianların, yəhudilərin birgə dinc yaşamasına imkan verən dünyəvilik kimi böyük demokratik uğurlar da xatırlanır: “O həmçinin Azərbaycanın Qafqaz regionundakı geosiyasi əhəmiyyətini, burada fransızların mövcudluğunun gücləndirilməsi zərurətini də qeyd edir. Nəhayət, məruzənin sonunda Azərbaycan hökuməti ilə siyasi dialoqun şərtlərinin qlobal şəkildə təftiş olunmasına ehtiyacın olmadığı qeyd olunur.

İqtisadi məsələlərin şərhinə gəldikdə isə yenə də ədalətli ola bilmir və “Azərbaycanla ticarət fransız vergi ödəyicisinə 1 milyarda başa gəlir” yazmağa cəsarət edərək inkarçı mövqedə durur. Bu tamamilə yanlışdır.

COFACE 1994-cü ildən özəldir və AFD hər bir bankçı kimi öz maraqlarına uyğun olaraq borc verir. Azərbaycanla iqtisadi əlaqələr fransız vergi ödəyicisinə nəinki bir qəpik ziyan vurmur, əksinə, bu iqtisadi əlaqələr hesabına bizim şirkətlər orada gəlir əldə edirlər. Bunu iqtisadiyyatın istər özəl, istərsə də dövlət sektorunda çalışanların hamısı çox gözəl bilir və Azərbaycanda yerləşərək öz biznesini inkişaf etdirən müəssisələr informasiya missiyası qarşısında bunu təsdiq ediblər. Onların heç biri korrupsiya faktının olmasını təsdiq etməyiblər.

Həqiqət öz yerini tapıb. Mən erməni diasporunun üzvlərinə məsləhət görərdim ki, Azərbaycana qarşı yalanlar uyduraraq qara yaxmaq əvəzinə bu iki xalqın barışması istiqamətində çalışsınlar. Qoy, Qərbin hər cür rahatlığı ilə əhatə olunmuş bu insanlar anlasınlar ki, Ermənistandakı həmvətənlərinin də ölkəni yoxsulluqdan xilas edə bilməsi üçün onların sülhə ehtiyacları var”.

Qeyd edək ki, məqaləni Fransa-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev tərcümə edib.(teleqraf.com)



4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___