Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Əl-Cəzirə" əməkdaşı BERLINDE hava limanında həbs edildi
Tarix: 21-06-2015 | Saat: 14:01
Bölmə:M / Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

"Əl-Cəzirə" əməkdaşı BERLINDE hava limanında həbs edildi

“Əl-Cəzirə” beynəlxalq teleşirkətinin ərəb xidmətinin əməkdaşlı Əhməd Mənsur Misir rəhbərliyinin müraciəti ilə Berlin hava limanında həbs olunub.Xeberaz.az xeber verir ki, APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, o, Tegel aeroportunda “Qatar Airways” vasitəsilə Berlindən Dohaya uçmaq istəyərkən saxlanılıb.

“Əl-Cəzirə” redaksiyası ilə telefon danışığında Əhməd Mənsur bildirib ki, bazar ertəsinə kimi nəzarət altında qalacaq, həmin gün Almaniya məhkəməsinə çıxacaq və onun sonrakı durumuna qərar veriləcək.

Əhməd Mənsur 2011-ci ildə Təhrir Meydanında vəkilə işgəncə ittihamı ilə 2014-ci ildə Qahirənin cinayət məhkəməsi tərəfindən 15 il qiyabi həbs cəzasına məhkum edilmişdi. O, özünü günahkar hesab etməyib və ötən ilin oktyabrında İnterpol Misir hökumətinin onun beynəlxalq həbsinə order verilməsi ilə bağlı tələbini rədd edib. Jurnalist işlədiyi quruma göndərdiyi müraciətində saxlanılma zamanı İnterpolun qərarını təqdim etsə də, ona məhəl qoyulmadığını söyləyib.

Şirkət Almaniyandan dərhal jurnalistin azad olunmasını tələb edib. “Misir rəhbərliyi tərəfindən jurnalistlərə qarşı sərt tədbirlərin görülməsi çox məşhurdur. Ərəb dünyasının ən çox izlədiyi şəbəkə kimi bizim şirkət bunun ağırlığını hər zaman öz üzərində hiss edib. Digər ölkələr, ən azından Almaniya kimi media azadlığını dəstəkləyən ölkələr, özlərini bu mediaya qarşı təzyiqin bir alətinə çevrilmələrinə imkan verməməlidirlər. Əhməd Mənsur ərəb dünyasının ən hörmətli jurnalistlərindən biridir və dərhal azad olunmalıdır”, - deyə “Əl-Cəzirə”nin baş direktoru Mostefa Souag bildirib.

Muxbir: Kenan Memmedov


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___