“Putin Azərbaycanı heç vaxt satmaz” - İlham Əliyev
Tarix: 11-04-2017 | Saat: 12:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışıb. Aparıcı bildirib ki, Bakıya səfərinin məqsədi məhz prezident Əliyevlə görüş olub:
“Mənə çox maraqlı idi. Dövlət liderləri ilə söhbət hər zaman maraqlıdır.
Xatırladaq ki, Solovyev aprelin 7-də Bakıda səfərdə olub. Səfərin qısamüddətli olması və ABŞ-ın Suriyanın aviabazalarını bombalaması ilə əlaqədar proqramı yarımçıq qalsa da, aparıcı şəhəri gəzə bildiyini deyib: “Bakının yolları qüsursuzdur. Görünür, çoxlu pullar qoyulub, çox baxımlıdır”.
Solovyevin sözlərinə görə, onun Bakı səfərinə çoxdan hazırlıqlar görülürdü: “Azərbaycan prezidentindən soruşmalı olduğum şeylər vardı. Mənə qarşı hər kəs son dərəcə nəzakətli və xeyirxah idi. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. Hündürboy, xeyirxah idi. Açıq söhbətimiz oldu və bu söhbətə görə ona təşəkkür etmək istəyirəm.
Mən gördüm ki, İlham Əliyev çox savadlı, ağıllı, şübhəsiz siyasətçi, həm də başqa tip siyasətçi - əsl dövlət xadimidir”.
Solovyev onu da qeyd edib ki, İlham Əliyevlə söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir təhqiredici söz eşitmədi:
“İlham Əliyev Amerikaya münasibəti barədə maraqlı danışdı. Onun Amerikaya heç bir pərəstişi yoxdur. Prezident bildirdi ki, ABŞ-a biz kasıb və zəif lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır, biz o dəqiqə pis oluruq".
O, müxalifətlə necə bacardığı haqda danışıb və deyib: “Mən sadəcə olaraq xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladım və müxalifət özü zəiflədi".
Biz Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz”.
Xəbəri paylaş
1 0298 dəfə oxunub.
Digər xəbərlər

24-10-2017, 14:04
Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis: Uşaqların çığırtısı hələ də qulağımdadır
2-05-2020, 13:25
Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu
15-09-2019, 12:39
Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ
23-03-2016, 15:04
Ramil Usubovdan yeni rəis təyinatları
27-04-2015, 19:39
Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının yeni prezidentini sərt tənqid edib
25-07-2017, 11:49
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO
30-04-2016, 12:22
Tərtərdə: “Vətənin müdafiəsinə hazıram!” - Fotolar
3-06-2018, 09:47
Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb
22-12-2015, 12:45
Niderlandda dərsə görə sekslə ödəniş qanuniləşdirildi