Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq Baş Prokuror Eldar Həsənovdan sensasion müsahibə
Tarix: 20-06-2015 | Saat: 14:29
Bölmə:M / Karusel / Siyasət / M2 / Müsahibə | çapa göndər

Sabiq Baş Prokuror Eldar Həsənovdan sensasion müsahibə

"Prezidentlərin açılış mərasimində iştirakından kimsə narahat olub"


Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov son günlər barəsində mətbuatda səslənən fikirlərə münasibət bildirib.

Xeberaz.az saytı sabiq baş prokuror və hazırki səfir Eldar Həsənovun Hafta.az-a verdiyi həmin müsahibəni oxucularına təqdim edir:


- Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsini necə dəyərləndirirsiniz?

- "Bakı 2015" Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən bir azərbaycanlı kimi qürur hissi duyuram. Bu tədbirin möhtəşəmliyi, təşkilatçılığı, tərtibatı, təqdimatı, oyunların keçirildiyi məkanların infrastrukturlarının qısa bir müddətdə beynəlxalq standartlara uyğun yaradılması ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların, daxili sabitliyin, qədim tarixinin, zəngin mədəniyyətinin, incəsənətinin, idmanın inkişafının təzahürüdür. Bütün bunlar Azərbaycan xalqının kimliyini və müstəqil Azərbaycan dövlətinin qüdrətini şərhsiz dünyaya nümayiş etdirir, tanıtdırır. Bu oyunların ölkəmizdə keçirilməsi milli baxımdan isə Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə, formalaşmasına, vətənpərvərliyinin güclənməsinə dövlətimizin əsl qayğısıdır.

- Eldar müəllim, son zamanlar bəzi mətbuat orqanlarında, daha dəqiq desək Eynulla Fətullayev Sizinlə bağlı məqalələr, müxtəlif ittihamlar yazmağa başlayıb. Sizcə, adınızın uzun müddətdən sonra yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır? Sizə qarşı ittihamlara necə münasibət bildirərdiniz?


- Bunlar ittiham yox, zaman-zaman olduğu kimi, yenə də qərəzlə, dərin kin və küdurətdən yoğrularaq yazılan və yazdırılan, həqiqətə uyğun olmayan uydurmalar və qarayaxmalardan başqa bir şey deyildir.


- "Yazdırılan" deyərkən, nəyi nəzərdə tutursunuz?


- Hər halda məqalənin E.Fətullayevin “əl işi” olmasına inanacaq qədər sadəlövh deyilsiniz?! “Milyarderlər İttifaqı”, Abbas Abbasov, Elşad Abdullayev, Arif Məmmədov… “hamısının arxasında Eldar Həsənov dayanır” və s. bu kimi iftiralar. Məqalənin məhz indiki məqamda çıxması bir az düşündürücüdür. Səfir kimi fəaliyyət göstərdiyim ölkələrlə Azərbaycan arasında əlaqələrdə nəzərə çarpacaq bir nailiyyət olduğu zaman dərhal adımla bağlı bir-iki yerli mətbuatda “canlanma” baş verir. Baxmayaraq ki, Serbiya və Monteneqro prezidentləri, Bosniya və Herseqovinanın dövlət başçısı məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevə, ölkəmizə bəslədikləri səmimi və dostluq münasibətlərinə, yüksək ehtirama görə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdilər, belə görünür ki, bundan kimsə narahat olub və yəqin ki, bu amil də məqalənin indi ərsəyə gəlməsinə rəvac verib.

Bu cür əsassız, qərəzli və məntiqsiz məqalələr məni qətiyyən narahat etmir. Daxilən rahatam. Çünki xalqıma, ölkəmə, dövlətimə, dövlətçiliyimizə və dövlət başçısına qarşı sədaqətimi, səmimi və təmənnasız xidmətimi sübut etməyə nə ehtiyac, nə də zərurət duyuram. Bu, kifayət qədər aydın və bəllidir. Bu həqiqət uzun illərdən bəri əməli fəaliyyətimlə həmişə öz təsdiqini tapır. Ümid edirəm ki, məqalədə bir neçə dəfə Azərbaycanın xüsusi xidmət orqanlarına istinad olunduğundan, onlar obyektiv həqiqətə söykənən münasibətlərini bildirəcəklər. Hər halda bununla bağlı müvafiq qurumlara artıq müraciət etmişəm. Çünki bu, eyni zamanda qanunvericiliyə görə, sözügedən dövlət qurumlarına qarşı ciddi ittihamdır. Hansı xüsusi xidmət orqanının əlində bu səpgili məlumatlar varsa, tədbir görmək əvəzinə, müxbirlə bölüşər?! Bunu ictimailəşdirər? Hansı əsasla, nə məqsədlə?! Digər tərəfdən, kimə icazə verilib ki, dövlət orqanlarının adından böhtan və şayiələr yazsın və cəzasız qalsın?! Ən azı burdan nəticə çıxarmaq olar ki, bu, hansı təxəyyülün məhsuludur. O ki qaldı ünvanıma yazılan böhtanlara, qanuna zidd əməllərə, əgər onların mində biri öz təsdiqini taparsa, müstəqil Azərbaycan dövlətinin qanunları qarşısında cavab verməyə hər an, həmişə hazıram. Məsələyə aydınlıq gətirilməsə və yenidən ehtiyac duyularsa, öz mövqeyimi hüquqi müstəvidə daha geniş və əsaslı şəkildə bildirərəm.


- Eldar müəllim, bu ittihamları cavablandırmaq istəmirsiniz?


- Böhtana nə cavab vermək olar ki?! Sizin sualların cavablandırılmasını belə, artıq hesab edirəm. Eynulla Fətullayev və bu marionetin ipini əlində saxlayanlar haqqında da fikirlərimi demişəm. Sadəcə məqalədən sonra müraciətlər və suallar çoxaldığından, yığcam münasibət bildirmək istədim. Belə məqamlar üçün gözəl atalar sözümüz var: “Abrımızı satın alıb” bu böhtan və qarayaxmalara təmkinlə yanaşmağa çalışıram. Yəqin ki, bir az yazıb yorulduqdan sonra başqa mövzu axtaracaqlar! Mən isə hələlik sadəcə olaraq “...yiyəsinə olan hörmətə görə dəyməzlər” prinsipini əsas götürərək, çox mətləblərə toxunmaq istəmirəm.



Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___