Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
" Bakı Qida və Sənayesi kolleci"-də traqikomik vəziyyət hökm sürür!
Tarix: 01-04-2017 | Saat: 00:55
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

" Bakı Qida və Sənayesi kolleci"-də traqikomik vəziyyət hökm sürür!

Təhsil Nazirliyinin struktur bazasında bir neçə orta ixtisas, müasir dillə desək, kolleclər fəaliyyət göstərir. Eks-nazir Misir Mərdanovun dövründə belə, fəaliyyəti qənaətbəxş hesab edilməyən bir sıra orta ixtisas təhsilli məktəblər artıq ləğv edilmək təhlükəsiylə üz-üzə qalmışdır. Yeni nazir təyin edilən cənab Mikayıl Cabbarovun fəalliyyətinin elə ilk dövrlərindəncə haqqında sözügedən, başqa sözlə yarıtmaz fəalliyyəti ilə yadda qalan bir sıra orta ixtisas təhsilli kolleclərin bağlanması gündəmə gəldi. Belə çıxdı ki, həmin kollec rəhbərlərinə çox ciddi tapşırıqlar verilməklə öz "köhnə adət-ənənə"lərinin üzərindən xətt çəkməklə milli təhsilimizin inkişafı naminə bu gündən sonra fəalliyyət göstərilməsi tapşırıqları verildi. Lakin belə görünür ki, bu tapşırığı elə adi tapşırıq olsa da əməldə başqa cür yerinə yetirməyi hələ də özünə vərdiş kimi saxlayan kolleclər hələ də mövcuddur. Belə ki, Bakının Nizami rayonu ərazisində yerləşən " Bakı Qida və Sənəyesi kolleci" də olarkən bir neçə acı təəssüf doğuran mənzərənin şahidi olduq. Beləki, kollec rəhbərliyin kabineti yaxınlığında divardan asılmış " Tarixi Qan Yaddaşımız" adlı foto stenddə Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğal tarixləri göstəricilərində və ən əsası rayon adlarından biri kiçik hərflə qeyd edilmişdir.
" Bakı Qida və Sənayesi kolleci"-də traqikomik vəziyyət hökm sürür!
( Laçın əvəzinə- Iaçın, Cəbrayılın işğalı isə 23 avqust yox, 18 avqust göstərilmişdir). Bu iradları həmin andaca orada bizi qəbul edən,direktorun ictimai işlər üzrə müavini kimi özünü bizə təqdim edən Firudin müəllim və oraya toplaşan bir qrup müəllim və tələbə heyətindən, o cümlədən Tələbə gənclər təşkilatının rəsmisindən soruşduq ki, bu foto stend-məlumat lövhəsindəki səhvləri göstərə bilərsinizmi? Onlar bu sual ətrafında düz 10 dəqiqə baxıb cavab verə bilməyib, hərəsi bir tərəfə dağılışıb getdı. Hətta təcrübəli Firudin müəllim bizə azmış kimi bildirdi ki," Əşi, mən özüm Mətbuat şurasında müavin işləyirəm, indi burda nə var ki, bu elə bir böyük səhv deyil!"

Biz isə media olaraq bu səhvlərin tezliklə düzələcəyi üçün bu mənzərəni videogörüntüyə alarkən , Firudin müəllim bizə yaxınlaşıb qolumuzdan tutub, direktorun qəbuluna girməyə imkan yaratmadı.Soruşmaq çox maraqlı olardı: Firudin müəllim, bir halda ki, siz kollec rəhbəri Vilayət müəllim tərəfindən İctimai-əlaqələr üzrə rəhbər təyin olunmuşsunuzsa,nədən bu məsələylə bağlı kameramıza tuş gəlib, sorğumuza cavab verməkdən yayınırsınız ?

Biz sonda Firudin müəllimin sorğuya qəsdən cavab vermədiyinə görə, Təhsil Nazirliyinə Kollecdə vətənpərvərlik hissinin, Tarixi Qan Yaddaşımızın təbliğatının hansı dərəcədə olmasına münasibəti öyrənək.Mövzuya qayıdacağıq.
"Xəbəraz.az "üçün hazırladı: Xəyyam Qurbanlı.


Xəbəri paylaş

4 9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___