Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm Novruz şənliyi keçirildi - FOTOLAR
Tarix: 19-03-2017 | Saat: 18:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR

Hacı Zeynalabdin Bələdiyyəsi və Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yenicə təmirdən çıxmış "Hacı Zeynalabdin Tağıyev" adına istirahət parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, qəsəbənin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, ağsaqqallar, gənclər, qəsəbə sakinləri və KİV nümayəndələri iştirak etmişdir.
Parkın açılışını bildirən lent kəsildikdən sonra Hacı Zeynalabdin Tağıyevin abidəsi ziyarət olunub. Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qəsəbənin hüququ-mühafizə, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri ilə birgə park ərazisində bayram gəzintisi həyata keçirilib, şənliyə qatılan iştirakçıların hazırladıqları bayram nömrələrinə tamaşa edilib.
Tanınmış incəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Azərbaycan pəhləvanları, idmanşıları öz məharətini göstəriblər.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Qəsəbənin ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR
Hacı Zeynalabdin qəsəbəsində möhtəşəm  Novruz şənliyi keçirildi - FOTOLAR


Xəbəri paylaş

9678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___