Kolumbiya Senatından Xocalı soyqırımı ilə bağlı QƏRAR
Tarix: 18-03-2017 | Saat: 10:04
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Kolumbiya Respublikasının Senatı tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edilib.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorların imzaladığı bu qərarnamə senat tərəfindən Azərbaycan Respublikasının Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Fərzəliyevə təqdim edilib.
Sənəddə qeyd olunur ki, Senat üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu faciəvi günün yüzlərlə qurbanlarının xatirəsini anaraq Azərbaycan xalqı ilə həmrəyliyini bildirir.
Qərarnamədə 25 il əvvəl, 1992-ci ilin 26 fevralında Ermənistan Respublikasının qoşunları və Dağlıq Qarabağdakı separatçılar tərəfindən yüzlərlə azərbaycanlı qadınların, uşaqların və yaşlıların məhv edilməsi ilə bağlı şiddətli faktların dünya tarixinin heç bir fəslində bir daha yer tutmamasının vacibliyi qeyd olunur.
Kolumbiya xalqının da mənasız müharibədən uzun illər əziyyət çəkdiyi qeyd olunaraq, Azərbaycan və Ermənistan xalqlarının da münaqişəni sülh razılaşması ilə həll etmələrinə dair Kolumbiyanın arzusu ifadə edilir.
Qərarnamədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi ilə bağlı Ermənistana çağırış edilir.
Azərbaycan xalqının daim beynəlxalq instansiyalara müraciət edərək insan haqları, beynəlxalq humanitar haqlar və ərazi bütövlüyü hüququnun qorunması zəmanəti ilə sülhə nail olmaq üçün Ermənistan xalqı ilə danışıqların aparılması üçün göstərdiyi səylərinin alqışlandığı qərarnamədə bildirilir.
Bu qərarnamə ilə Azərbaycan xalqına Kolumbiya Senatının dəstəyinin ifadə edildiyi göstərilir.
Ramil Fərzəliyev öz növbəsində ədalətin yanında bir daha durduğuna, Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama və münaqişədən əzab çəkən Azərbaycan xalqına göstərilən dəstəyə görə Azərbaycan xalqı və hökuməti adından Kolumbiya Senatına təşəkkür edib.
Qeyd edək ki, Kolumbiya Senatında 2012-ci ildə də “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” barədə qərar qəbul edilib.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

11-12-2017, 17:08
Çempionlar liqasının 1/8 final mərhələsinin püşkü atılıb
20-11-2017, 10:03
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
30-03-2017, 11:57
"Eşşək əti zərərli deyil" - NAZİRLİK RƏSMİSİNDƏN ŞOK AÇIQLAMA
22-04-2017, 13:39
Üzümüzdəki xalların mənası - FOTO
18-09-2017, 13:42
Bu da Xumar Qədimovanın “Doğulduğu ev” - VİDEO
24-05-2022, 12:55
Bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq - Siyahı
10-02-2023, 11:31
Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür
6-05-2016, 18:37
MN: Ordumuz döyüş hazırlığına başladı - Fotolar
11-04-2016, 12:58
Dağlıq Qarabağda erməni hərbçi başından güllələndi