Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Tarix: 17-03-2017 | Saat: 18:03
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Reportaj | çapa göndər

Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR


Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı 16 dekabr 2014-cü il tarixli, 1279 nömrəli əmrinə əsasən, R.Nəsrəddinov adına Nərimanov rayon 39 nömrəli tam orta məktəbdə ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 124 ildönümünə həsr olunmuş “Şəmşir ocağı” adlı teatr-kompozisiya keçirildi.
"Xəbəraz.az " xəbər verir ki , tədbir Dövlət himninin səslənməsi ilə başladı. Sonra məktəbin direktoru Tahirə Şükürova qonaqları salamlayıb, Aşıq Ələsgər, Qurbani, Abbas Tufarqanlı kimi böyük sənətkarların davamçısı Dədə Şəmşirin keçdiyi həyat yolundan geniş məlumat verdi.
Tahirə xanım ”qeyd etdi ki, düşmən tapdağı altında qalan torpaqlarımız Ali Baş komandanımız cənab ilham Əliyevin uzaqgörən xarici və daxili siyasəti nəticəsində tezliklə azad ediləcək: ”Və onun başçılığı ilə Dədə Şəmşirin növbəti yubileyini Kəlbəcər torpağında qeyd edəcəyik. Biz inanırıq ki, o gün uzaqda deyil».
Daha sonra söz şagirdlərə verildi. Sinvolik Ana obrazını yaradan Dilarə müəllimə “övladları”-yəni 7-ci və 10-cu sinif şagirdləri ilə birgə ilk öncə Aşığın böyüyb boya başa çatdığı, mənfur düşmən tapdağı altındakı Kəlbəcər torpağı, eləcə də Ağdaban faciəsi haqqında danışdı. Dədə Şəmşirin həyat yolu ilə bağlı geniş məlumat verdilər. Onun həyat yoldaşı Güllü anaya olan sevgisinin, münasibətinin gənclər üçün örnək olduğundan danışdılar. Şagirdlər həmçinin qeyd etdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də qədim aşıq sənətinin yaşadılması, qorunması, nəsildən-nəsilə çatdırılması üçün hər şey etmişdir. Eləcə də hörmətli prezidentimizin layiqli silahdaşı, birinci-vitse prezident, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın fədakar təşəbbüsü ilə aşıq sənəti YUNESKO tərəfindən tanınmış və dünyanın layiqli irsi hesab edilmişdir. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutlmuçdur. Onlara hər zaman böyük diqqəti göstərilmiş, yaradaıcılıq dəyərləndirilmişdir.
Tanınmş şair Adil Cəmil billdirdi ki, Dədə Şəmşir öz ruhu ilə burdadır: ”Allah Kəlbəcərə böyük yeraltı-yerüstü sərvətləri verib. Bununula yanaşı Aşıq Şəmşir kimi bir sərvəti xalqımıza bəxş etmişdir. Ruhumuzun hardan qidalandğı, işğal atında olan torpaqlarımızın vətəndaşlıq duyumu və hissiyyatı bu gənc nəsilin çiyinlərindədir. Bu gün mən bunları bu məktəbin timsalında duydum. Söz diridir. Aşıq Şəmşirin məzarını gətirə bilmədik, amma onun ruhunu gətirə bildik. Dədə Şəmşirin sözü hər birimizin ürəyində yaşayır. Bu gün onun doğum günüdür. Dədə Şəmşirdə Tanrıdan gələn bir eşq, aşıqlıq, şairlik vardı. Dədə Qorqudan sonra sonuncu aşıqlıq mərtəbəsini Dədə Şəmşirdə gördük”.
Bakı Təhsil İdarəsinin şöbə müdri Lamiyə Şərəfxanova “bu tədbir ruhuma işləyən bir tədbirdir”-dedi: ”Bu ruh tədbiri idi. Məktəblərdə keçirilən milli dəyərlərimizlə bağlı bu cür tədbirlər şagirdlərin təlim-tərbiyəsinin formalaşmasına təsir edir.
Bu gün mən ən gözəl tədbirlərdən birinə rast gəldim. Və biz bunu milli dəyərlərimizi əks etdirən tədbir kimi qiymətləndiririk.”
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinın sədr müavini Həbib Misirov Mədəniyyət oçağının sədri Qənbər Şəmşiroğlunun və millət vəkili Cavid Qurbanovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Aşıq Şəmşirin sənət dünyasından dövlətin onun sənətinə verdiyi qiymətdən ətraflı məlumat verdi. Eləcə də Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birlik tərəfindən məktəbin direktoru Tahirə xanım Şükürovaya Təşəkkürnamə diplomun təqdim etdi. Sonda məktəbin direktoru Tahirə Şükürova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirildi-FOTOLAR


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___