Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik
Tarix: 16-03-2017 | Saat: 18:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik

Prezident İlham Əliyev "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Xəbəraz.az " AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamını "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 790; 2011, № 12, maddə 1208; 2013, № 8, maddə 959; 2016, № 1, maddə 115) 1-ci hissəsi ləğv edilsin".


Xəbəri paylaş

1 6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___