İş axtaranlara müjdə
Tarix: 17-06-2015 | Saat: 16:11
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
İyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında Əmək yarmarkaları keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında Əmək yarmarkaları keçiriləcək.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, hazırda yarmarkalarda təqdim olunacaq boş iş yerləri barədə müəssisələrdən məlumatların toplanması işləri aparılır.
İlkin məlumata görə, Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq. Tədbirlərdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı peşə hazırlığına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Əmək yarmarkaları Tovuz rayonunda Şahmat məktəbinin binasında, Ağstafa rayonunda isə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Dövlət Məşğulluq Xidməti tərəfindən 2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayından başlanılıb. Həmin vaxtdan bəri 8 rayonda keçirilən Əmək yarmarkalarında 587 nəfərə boş iş yerlərinə göndəriş verilib ki, onlardan 488 nəfəri (83,1 faiz) göndəriş verilən müəssisələrdə münasib işlə təmin ediliblər. Bu tədbirlərdə 22 nəfər peşə hazırlığına, 21 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.
Xəbəri paylaş
7138 dəfə oxunub.
Digər xəbərlər

13-11-2023, 10:30
Öldürülən "tiktok"çunun anası: “Bir gün öncə həmin şəxs oğlumu söhbətə çağırmışdı”
14-08-2015, 14:30
Ağadadaş Ağayev qızı ilə – FOTO
12-12-2018, 17:46
Bu il dünyasını dəyişən TANINMIŞLAR
4-05-2023, 10:18
NASA-nın yaydığı görüntülər hamını şoka saldı: Günəşdən qat-qat böyük dəliklər... - VİDEO
8-11-2016, 01:49
Gəncədə qadın özünü öldürmək istədi - SƏBƏB
22-03-2023, 11:25
Ramazan bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq
19-12-2015, 13:47
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb
8-03-2016, 17:27
4 uşağı olan qadın özünü anasının qəbri üstə öldürdü
3-07-2015, 15:47
"İstəyirəm ki, təmənnasız sevginin əhatəsində olum" - Leyla Əliyeva
12-01-2017, 17:53
Dağlıq Qarabağ Moskvada müzakirə ediləcək - Zaxarova