Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkilindən Türkiyənin mərhum sabiq prezidenti ilə bağlı təklif.
Tarix: 17-06-2015 | Saat: 15:04
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

Millət vəkilindən Türkiyənin mərhum sabiq prezidenti ilə bağlı təklif.

"Bilirəm ki, tezdir, ancaq hesab edirəm ki, Süleyman Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir. Bakıda onun büstünün qoyulması, adına orta məktəblər, küçələr verilməsi, adlı təqaüdün təsis edilməsi bu böyük türk dövlət xadiminin sonsuz zəhmətinə böyük hörmət olardı".

Xeberaz.az
ANS PRESS-in məlumatına görə,xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə gecə dünyasını dəyişmiş Süleyman Dəmirəllə bağlı fikirlərini paylaşarkən bu təkliflə çıxış edib.

Aydın Mirzəzadə Türkiyənin eks prezidentinin vəfatının ağır xəbər olduğunu bildirib:

"XX əsrin ən nüfuzlu siyasətçilərindən və dövlət xadimlərindən biri olan Tükiyə Respublikasının IX prezidenti Süleyman Dəmirəlin həyatını dəyişməsi bu günün ən ağır xəbəri oldu.

Onun fəaliyyəti Türkiyənin möhkəmlənməsində, dövrünün ağır problemlərinin həllində böyük rol oynayıb. Prezidentliyi dövrünün SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin meydana gəlməsi vaxtına düşməsi həqiqətən də tarix üçün böük bir şans oldu. Süleyman Dəmirəl yeni Türk dövlətlərinin ayaqüstə durmasına misilsiz kömək etdi, yeni siyasi düzənin arxitektorlarından biri oldu.

O Azərbaycanın, azərbaycan xalqının Böyük Dostu idi. Hər bir kəs onun Azərbaycanı dəstək üçün etdiyi böyük işləri xatırlayır. O uğurumuza sevinir, dərdimizə dərindən şərik olurdu.

O öz xarizması və müdrik siyasəti ilə adını tarixə yazdı. İnanıram ki, hələ uzun müddət siyasətdə Dəmirəl yanaşması xətti aparıcı xətlərdən biri olacaq".


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___