Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heç kim, hətta ermənilər də Azərbaycana imtina edə bilmədi
Tarix: 17-06-2015 | Saat: 14:40
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər

Heç kim, hətta ermənilər də Azərbaycana imtina edə bilmədi
Vadim Dubnov: “Bakını təbrik etmək olar!”
Bakıda keçirilən Avropa oyunları alındı.

Xeberaz.az -ın məlumatına görə, bu barədə rus şərhçi, “Azadlıq” radiosunun rus redaksiyasının əməkdaşı Vadim Dubnovun Bakıda keçirilən Avropa oyunları barədə bu gün dərc edilmiş məqaləsində bildirilir.

“Bütün bayraqlar, o cümlədən erməni bayrağı təmsil olundu. Heç kim Azərbaycana imtina etməyi özünə rəva görməz. Avropalılar üçün Azərbaycan Cənubi Qafqazda dinamik oyunçudur”,- deyə Vadim Dubnov vurğulayır.

Daha sonra şərhçi Azərbaycanın apardığı müstəqil siyasətə toxunub: “Artıq hamıya bəllidir ki, Moskvanın orbitində ola-ola işə yarayan bir şey yaratmaq mümkün deyil. Bu baxımdan Azərbaycan öz cazibədarlığı və nikbinliyi ilə həmişə öz müstəqil gələcəyni quranlar arasında çox seçilir”,- deyə Dubnov vurğulayır.

Şərhçi məqaləsində Bakı ilə İrəvanın yürütdüyü siyasəti müqayisə edib. Onun fikrincə, rəsmi İrəvan öz siyasətini yaltaqlıq üstündə qurub və həm Şərqə, həm də Qərbə müyəyyən təkliflər edir. Amma Azərbaycan isə bərabər şəkildə uzaq durmaq siyasətinə üstünlük verir: “Bakı heç bir Avrasiya öhdəliyinə qol çəkmədi, amma eyni zamanda Avropa Birliyi ilə heç bir assosiativ sənədə qol çəkmədi və Vilnus sammitinin əsas qəhrəmanına çevrildi, ona qarşı münasibətlərini istiləşdirmiş Moskvanın gur alqışlarını qazandı”.

“Bakını təbrik etmək olar! Elə bir çətinlik olmadan uğur qazandı”,- deyə Vadim Dubnov məqaləsində vurğulayır.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___