Malaziya "Boinqi"nin vurulma sirri açıldı
Tarix: 17-06-2015 | Saat: 13:18
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt / Araşdırma | çapa göndər
30 milyon dollara satılan sirr.
Ötən il iyulun 17-də Ukraynanın Donetsk ərazisində "Malaziya Hava Yolları"na məxsus MH17 reysi üzrə hərəkət edən sərnişin təyyarəsinin vurulmasının səbəblərinin araşdırılması ilə məşğul olan almaniyalı özəl xəfiyyə Yozef Reş araşdırmasının başa çatdığını elan edib.
Xeberaz ANS PRESS-in məlumatına görə,xəbər verir ki, o, sentyabrdan bu hadisə ilə bağlı verilən sifarişlə əlaqədar çox lazımlı sübutlar topladığını və bunu yalnız özünün bildiyini deyib.
Y.Reş sifarişçi ilə əlaqədar cəsus xəfiyyələrindən bəzi səhnələri xatırladıb: "O restoranlara telefonla zəng edir, xəbərləri, mesajları ötürür. Amma onunla əlaqəli olan sifarişçilərlə şəxsi görüş üçün "kod predmeti" təqdim olunmalı idi, yəni onun şəxsi imzası olan kod predmeti".
Reş söz verilmiş 30 milyon dollar qonorarın ona məlumat verən şəxsə verildiyini və onda olan məlumatları mətbuatla bölüşmək niyyətində olmadığını söyləyib. O, Almaniyanın "Kapital" nəşrinin jurnalistləri arxayın edib ki, tezliklə məlumatlar dərc ediləcək.
Əsasən iqtisadi cinayətləri araşdıran "Wifka" detektiv agentliyinin əməkdaşı olan 66 yaşlı Reş təyyarə qəzasının yerində olmayıb və əvvəlcə Ukraynaya getməyə hazırlaşmayıb. O əvvəldən demişdi ki, kim təyyarə qəzasının günahkarını sübut edən dəlillər təqdim etsə 30 milyon dollar alacaq. Bu işin açılmasına mane olanlar barədə məlumatlar verən şəxsə isə 17 milyon dollar alacaq.
Onun sözlərinə görə, büroya minə yaxın məktub, onlarla sənəd və müxtəlif orqanların rəyləri daxil olub. Məktublar arasından ən vacibləri araşdırılıb, yoxlanılıb.
Xatırladaq ki, Malaziya hava yollarına məxsus “Boinq-777” təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın şərqində Donbas vilayətinin hava sahəsində vurulub. Nəticədə 298 nəfər həlak olub.
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər

28-11-2022, 10:28
Bu ərazilərə qar yağacaq
22-02-2016, 16:20
Vergidən yayınan 2 şirkətə cinayət işi açıldı
15-03-2021, 12:00
Vilayət Quliyevin vəfat edən qızının FOTOLARI
6-11-2017, 17:26
Evi olmayan kimsəsizlərə ŞAD XƏBƏR - FOTO
15-05-2019, 16:14
Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək
30-07-2016, 19:00
Cəlilabadda yol tikintisinə 1,9 milyon manat ayrıldı
30-12-2017, 14:38
Evlənmək istədiyi qızı qaçırdı, boynunu qırıb öldürdü və... - Masallıda 20 il əvvəlki olayın ÜSTÜ AÇILDI
3-09-2015, 00:45
Sumqayıtda qadına qarşı quldurluq
8-12-2018, 15:01
Sürücülərə XƏBƏRDARLIQ - Bakıda bu yol BAĞLANIR
11-12-2015, 16:23
Putin əmr verdi: “Bütün hədəflər təcili məhv edilməlidir”