Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çimərlik mövsümünün açılışından sonra bura axışanların sayı artıb. (FOTO)
Tarix: 17-06-2015 | Saat: 13:14
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

Çimərlik mövsümünün açılışından sonra bura axışanların sayı artıb. (FOTO)

Xeberaz.az xəbər verir ki,Bakıda çimərlik mövsümünün açılışından sonra bura axışanların sayı artıb. Ötən illərə nisbətən çimərliyə gələnlərin arsında xarici turistlərə də rast gəlmək mümkündür. Buna ANS PRESS olaraq Novxanı çimərliyində reportaj hazırlayarkən şahid olduq.

Gördüklərimizə əsasən deyə bilərik ki, ötən illərə nisbətən bu il çimərlikdə bir çox yenilikləri görmək mümkündür. İlk öncə deyək ki, əvvəlki kimi çimərlik ərazisinə maşınla giriş 2 manat yox, 1 manat idi. Hətta duş və hamamın da istifadəsi üçün tələb olunan məbləğ aşağı salınmışdı. Yəni vətəndaşlar dəniz kənarına pulsuz daxil ola bilirdilər. İstədikdə yerdə qumun üstündə uzanb, rahat şəkildə istirahət edirdilər. Əvvəlki kimi obyekt sahibləri onlardan nəzarət etdikləri ərazidə oturmaqlarına görə pul tələb etmirdilər.

Nəzərə çarpan xoş məqamlardan biri isə çimərlik ərazisinin təmiz olması idi. Obyektlərdən birinin sahibi Təvəllük Süleymanov ANS PRESS-ə bildirdi ki, xüsusi göstərişə əsasən burada təmizliyə nəzarət etmək üçün xüsusi işçilər ayrılıb. Onlar hər bir saatdan bir zibil qutularını təmizləyirlər və qumun üstünə atılanları götürürlər.

Obyekt sahibi onu da əlavə etdi ki, istirahət edənlərə xidmət göstərmək üçün işləyənlər arasında xarici dili bilən ofisiantlar da var.

“Bu il çimərliyə gələnlər arasında xarici turistlər də var. Turistlər üçün ingilis dilində menyular hazırlanıb. İngilis, rus və türk dillərini bilən ofisiantlarımız da var. Çalışırıq ki, bura istirahətə gələn turistlərə mədəni xidmət göstərək ki, onlar da razı qalsınlar. Sonradan öz ölkələrində desinlər ki, Azərbaycanda turizm yaxşıdır, yüksək səviyyədə mədəniyyət var”, - deyə Təvəllük Süleymanov bildirib.

Çimərlikdə qiymətlər də əvvəlki kimi ürək yandırmırdı. Düzdür adi yerlərə nisbətən malların qiymətində fərqlilik vardı. Məsələn dükanlarda 2 manata satılan siqaret burada 3 manata idi. Kabablar isə 3 manatdan 20 manata qədər yüksəlirdi.

Dəniz kənarında quraşdırılan çadırların qiymətlərinə gəlincə, zontik, 4 stul və 1 stoldan ibarət besetka 7 manatadır. Əlavə stulu isə 1 manata verirlər. Lejakın qiyməti isə 5 manatdır.

Bundan əlavə burada satılan məhsullar aşağıdakı qymətdədir:

1.Dondurmalar 1, 2, 3, 5 və daha baha qiymətə satılır.

2. Sular 50 qəpikdən satılır.

3.Qarğıdalı 1 manat 50 qəpik.

4.Günəbaxan tumları 1 manatdan satılır.

5.At üzərində gəzmək 2 manat, xatirə şəkli çəkdirmək 1 manat.

6.Dəvə üzərində gəzmək 5 manat, xatirə şəkli çəkdirmək 2 manat.

7.Sadə çay 5, çay dəstgahı isə 10 manatdan başlayır.

Qeyd edək ki, bu il Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi reydlər zamanı paytaxtdakı 2 çimərlikdən başqa, bütün ərazilərin istifadəyə yararlı olduğu məlum olub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, yalnız Şıx və Sahil çimərliyindən istifadə məsləhət deyil. Keçirilən monitorinq zamanı Sumqayıtda da dənizdə çimməyin məqsədəuyğun olmadığı müəyyən edilib.














Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___