Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda işlər yaxşı gedəndə, Ermənistan paytaxtında çoxu pis olur.
Tarix: 16-06-2015 | Saat: 13:07
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

Bakıda işlər yaxşı gedəndə, Ermənistan paytaxtında çoxu pis olur.
Xeberaz.az xəbər verir ki, İrəvandakı siyasətçilər səs səsə verərək Bakıda keçirilən Avropa oyunlarını gözdən salmağa çalışırlar. Onların hər biri üçün Azərbaycan paytaxtında keçirilən bu idman hadisəsi az qala şəxsi faciədir. Deyirlər ki, Ermənistanda hər şey pisdir, amma bu azərbaycanlıların hər işi yaxşı gedir.

"Avropa oyunlarının keçirilməsi Azərbaycan rəhbərliyi tərəfindən özünə məxsus piar kampnaniyasıdır". Bu bəyanatla parlamentin deputatı Levon Martirosyan bildirib. "Beləliklə, hökumət öz ölkəsini reklam eləmək istəyir",- deyə erməni deputat bildirib.

Burda pis nə var ki?! Ermənistandan fərqli olaraq Azərbaycanın fəxr etməyə nəyisə var. Narahat olmuş deputat bildirib ki, rəsmi açılışdan sonra Əliyev, Putin və Ərdoğanın görüşünün heç bir önəmi yoxdur. Onun sözlərinə görə, bu görüş boş şeydir.
Deputatın sözlərində Azərbaycanın malik olduğu hər şeyə qarşı açıq kin və üstüörtülü erməni paxıllığı gizlənir.

Yeri gəlmişkən, Levon Martirosyan Ermənistan idmançılarını Bakıya səfərə göndərmiş hakim Respublika Partiyasını təmsil edir. Əslində, onlar Azərbaycan paytaxtına gəlməsydilər, bu, heç kimin vecinə olmazdı.

Başqa erməni siyasi xadim, politoloq Stepan Safaryan keçirdiyi xüsusi mətbuat konfransında bildirib ki, Azərbaycan Avropa oyunlarından əldə etdiyi gəliri mütləq öz hərbi gücünün artırılması üçün istifadə edəcək. Putinin Bakıya səfərini isə o, Ermənistanın əsas strateji tərəfdaşının satqınlığı kimi qiymətləndirib.

Hələ ki, İrəvanda deputatlar və siyasətçilər səs səsə verərək Avropa oyunlarını gözdən salmağa çalışırlar, Bakıda isə bu idman bayramı getdikcə daha böyük sürət alır. Avropa oyunlarının bütün rəhbərliyi, idmançılar və çox saylı turistlər bu idman bayramının gözəl təşkilindən danışırlar.

Bunu hətta Ermənistan idmançılarının nümayəndə heyətinin rəhbərliyi də etiraf edir. Ermənistan yığmasının mətbuat katibi Karen Qaloyan nə qədər özünü saxlamağa çalışsa da, "Sputnik Armenii" radiostansiyasının efirində etiraf etməyə məcbur olub ki, Avropa oyunları pis getmir, erməni idmançıların təhlükəsizliyi isə yüksək səviyyədədir.

Məşhur "it hürər, karvan keçər" atalar sözü həmişə ürəyimcə olub. Mənim fikrinmcə, bu dəfə də atalar sözü yerinə düşür.


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
20-04-2016, 10:43 Aygün Kazımova qalib oldu

bütün xəbərlər
____ Instagram ___