ABŞ-dan Azərbaycana fantastik sərmayə - Prezident
Tarix: 02-03-2017 | Saat: 14:25
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olub. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) keçirdiyi ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
“ABŞ-Azərbaycan diplomatik və işgüzar əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan illik konfransı mühüm hadisə hesab edirəm. İnanıram ki, Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcək. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri tərəfindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq, ümumilikdə isə 200 milyard dollaradək investisiya yatırılıb. Görülən işlərin nəticəsidir ki, “Doing Business” hesabatına görə Azərbaycan biznesə başlamaq üçün dünyada ən yaxşı şərtlər təklif edən ilk 5 ölkədən biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə, MDB məkanında isə birinci yerdədir. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc edib. Bu göstərici üzrə Azərbaycan birinci və ikinci yerləri bölüşür. Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə də Amerika-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafında öz mühüm rolunu uğurla oynayacaq. Bu işdə Palataya yeni uğurlar arzulayıram”, - deyə dövlət başçısının müraciətində bildirilir.
Xəbəri paylaş
1 2108 dəfə oxunub.
Digər xəbərlər

2-10-2016, 11:31
Aysuya niyə efir qadağası qoyulub? - "Səbəbini desinlər"
17-06-2017, 16:11
“Ötən gün geomaqnit qasırğası baş verib”
10-04-2016, 19:46
Keçmiş prezidentə qarşı ittiham irəli sürüldü
16-11-2016, 17:52
Azərbaycanlı müğənnilərin maşınla "ölüm yürüşü" - VİDEO
8-06-2017, 13:32
35 dərəcə isti olacaq
21-01-2019, 22:30
Vasif Talıbov FƏRMAN VERDİ
29-08-2021, 11:45
ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
21-04-2016, 13:55
BMT-nin baş katibinin Cənubi Qafqaza səfəri təxirə salınıb
4-04-2017, 17:14
Bütün dünya bu sevgililərdən danışır - fotolar
14-09-2017, 11:25
Zuhaldan “fahişə” qalmaqalına - Münasibət