MN: "Hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar"
Tarix: 27-02-2017 | Saat: 16:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.
Qeyd edək ki, ermənilər döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar.
Müdafiə Nazirliyinin yayadığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

1-10-2016, 20:43
Teleaparıcı bu pəhrizlə 11 kiloqram arıqladı
31-07-2015, 13:26
Ruhi xəstəxanadan qorxunc görüntülər - FOTOLAR
18-10-2018, 15:05
Meyvezer Həbiblə döyüşə razılaşdı: indi nə olacaq?
29-03-2018, 20:46
Mətanət İsgəndərlinin üçmərtəbəli villası söküldü
14-10-2015, 00:30
Söhrab Tahirin vəziyyəti ağırlaşdı
4-05-2016, 15:58
ABŞ Əl Qaidəyə maliyyə dəstəyi göstərib
18-12-2016, 19:54
Arzu Əliyevadan həyat yoldaşına möhtəşəm sürpriz -VİDEO
22-01-2017, 18:39
“Ermənistanla Azərbaycan Qarabağın taleyini həll edə bilməz” - Sarkisyan
14-07-2016, 17:24
"Odnoklassniki" öz messencerini istifadəyə verməyə hazırlaşır