Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
PKK-ya qoşulduğu iddia edilən üç azərbaycanlı tələbənin görüntüsü (VİDEO)
Tarix: 15-06-2015 | Saat: 15:02
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

PKK-ya qoşulduğu iddia edilən üç azərbaycanlı tələbənin görüntüsü (VİDEO)

Ankarada yoxa çıxan 3 azərbaycanlı tələbənin İraqda PKK düşərgəsində olması ilə bağlı məlumatlar yayılıb.

Belə ki, İldırım Bayazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetinin tələbəsi Mobil və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı şəxslərin yoxa çıxması iddia edilir.

Tələbələrin ailələri mediaya övladları ilə üç aydan çoxdur ki, əlaqələrinin olmadığını bildirib. Azərbaycanın və Türkiyənin hüquq-mühafizə orqanları tələbələrin hansı şəraitdə yoxa çıxması barədə məlumat vermir.

Bu il iyunun 6-da Youtube sosial şəbəkəsində “anfvideo” tərəfindən “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə video müsahibə (https://www.youtube.com/watch?v=Y3dnetx0gKc) yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Video müsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Yayılan videolardakı adlar və soyadlarla video müsahibədə təqdim olunan adlar və soyadlar uyğun gəlmir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

[media=https://youtu.be/Y3dnetx0gKc]


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___