Mehriban Əliyeva: "Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir"
Tarix: 24-02-2017 | Saat: 18:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifəyə təyin olunmasına münasibət bildirib. "Xəbəraz.az " AzərTAc-a istinadən vitse-prezidentin təşəkkür mətnini təqdim edir:
“Əziz dostlar!
Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.
Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.
Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olub.
İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.
Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.
Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız var.
Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.
Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.
Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.
Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.
Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.
Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

12-02-2021, 19:31
Bir neçə bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açılıb - Siyahı
13-04-2017, 12:53
Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var
26-09-2022, 12:59
Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi: 10 ölü, 17 yaralı - YENİLƏNİB - VİDEO
11-01-2016, 16:57
12 terrorçunun öldürüldüyü villadan çıxan materiallar
29-04-2018, 14:56
Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”
2-07-2015, 10:32
41 yaşlı Keyt Moss lezbiyanlığı təbliğ etdi – FOTOSESSIYA
25-09-2016, 00:54
"Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxanla müsahibə
9-05-2020, 12:02
İtlə şəkil çəkdirmək istədi, üzünə 40 tikiş vuruldu - FOTOLAR