Xocalı dəhşətləri Vaşinqtonda göstərildi
Tarix: 24-02-2017 | Saat: 10:42
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Fevralın 23-də ABŞ-ın paytaxtında Corc Vaşinqton Universitetinin Cek Morton kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmin premyerası keçirilib.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunan tədbirdə Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, tələbələr, eləcə də Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız iştirak edib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocalıda qətliamın törədilməsindən və erməni işğalçılarının mülki əhaliyə etdiyi zülmlərdən danışıb və bu faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən söz açıb. Diplomat bildirib ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı Ermənistanın həyata keçirdiyi amansız etnik təmizləmə siyasəti kontekstində törədilib. Bu əməllər hüquqi və siyasi qiymətini almalıdır. E.Süleymanov Xocalı əməllərinə görə ədalətin təmin olunmasının və onun dünya miqyasında daha geniş tanınmasının regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini bildirib.
Sonra filmin icraçı prodüseri, nüfuzlu “Grammy Award” mükafatçısı ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış Cerald Rafşun (ABŞ) Xocalı faciəsi barədə fikirlərini bölüşüb. O, filmin tarixçəsi barədə danışıb və bildirib ki, film çəkilişləri zamanı Xocalıda baş verənlər barədə tanış olduqdan sonra orada kütləvi şəkildə insan hüquqlarının kobud pozulmasını dərk edib. Eyni zamanda, prodüser Rafşun Xocalı qətliamı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu filmin əhəmiyyəti barədə danışıb.
Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.
Tədbirin sonunda tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Xəbəri paylaş
7528 dəfə oxunub.
Digər xəbərlər

31-03-2015, 00:30
Təqaüdə çıxarılanlar işə qaytarıla bilər?- Açıqlama +Video
20-08-2018, 16:45
“Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır”- Deputatdan açıqlama
2-03-2018, 12:00
Faktiki hava – Azərbaycana 44 sm qar yağıb
21-05-2015, 21:19
BURCLERIN AXMAQ XUSUSIYYETLERI
24-11-2021, 08:29
Müharibə vaxtı piano ifası ilə məşhurlaşan qəhrəman - VİDEO
29-03-2017, 19:34
Bu şəhərin sakinləri yalnız qadınlardır – FOTO
6-05-2017, 12:40
Yağış yağacaq, duman olacaq - PROQNOZ
26-02-2022, 10:18
İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istədi - FOTO
26-03-2015, 22:30
Qarabağ xalçaları hərkəsi heyrətə salır
7-11-2015, 21:42
Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb