Bəxtiyar Sadıqov: "Dağlıq Qarabağda keçiriləcək "referendum"u heç bir dövlət tanımayacaq"
Tarix: 20-02-2017 | Saat: 16:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Beynəlxalq təşkilatlar erməni separatçılarının Dağlıq Qarabağda qanunsuz referendum keçirməsinə reaksiya verməməklə öz nüfuzlarına zərbə vururlar".
"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
Millət vəkili bildirib ki, beynəlxalq qurumlar bu prosesə həmişə ikili standartlarla yanaşıblar:
"BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 məlum qətnaməsi yerinə yetirilmir. Bu qurum qətnamələrin icra olunmamasına reaksiya vermir. ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunublar, vasitəçiliyi öz üzərlərinə götürüblər. Amma indiyə kimi heç bir nəticəyə nail olmayıblar".
B.Sadıqov bildirib ki, Ermənistan işğalçı dövlətdir və bu siyasətini davam etdirir: "Bu günədək Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq tələb olunmayıb. Amma ermənilərin təxribatlar törətdiyi zamanlarda, Azərbaycan dövləti aprel hadisələrində olduğu kimi onlara tutarlı cavablar verərək yerlərində oturtduqda, bütün beynəlxalq təşkilatlar dərhal əl-ayağa düşərək monitorinq keçirirlər, münaqişənin sülh yolu ilə həlli variantlarını axtardıqlarını deyirlər. Ermənistan isə sülh danışıqlarından hər zaman yayınır. Ermənilər indi də Dağlıq Qarabağda "referendum" keçirmək istəyirlər. Bu "referendum"u heç bir dövlət tanımayacaq".
Deputat qeyd edib ki, Azərbaycan torpaqlarını heç kimə güzəştə getməyəcək: "Azərbaycan öz torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Bu "referendum" Ermənistanın daxili auditoriyası üçün hesablanıb. Bu, Sarkisyanın Ermənistanda itmiş nüfuzunu bərpa etmək üçün edilən cəhddir. Onlar nə qədər adlar dəyişsələr də, biz öz torpaqlarımıza qayıdacağıq və həmin torpaqlar yenə tarixi adlarla çağırılacaq. Ermənilərin bu "referendum"unun qanuni qüvvəsi yoxdur".
Xəbəri paylaş
5588 dəfə oxunub.
Digər xəbərlər

7-02-2021, 15:55
Tovuzda kütləvi dava olub, bıçaqlanan var
26-02-2021, 15:34
Qasparyan Paşinyanla görüşdən imtina etdi
8-08-2021, 11:31
15 yaşlı qızı dənizdə zorladı - Topu oğlanın yanına düşdü.... - FOTO
30-03-2015, 17:23
5 erməni öldürüldü Qyeri rəsmi xəbər
13-10-2018, 12:47
Bakıda avtobus yük maşınına çırpıldı - ÖLƏN VAR
30-03-2023, 10:18
Ordumuz bir neçə yüksəkliyi nəzarətə götürdü - RƏSMİ
25-06-2019, 17:03
Sabah ASAN xidmət işləməyəcək
28-06-2015, 18:16
Avropa demokratiyasının beşiyi avrozonadan çıxmağa hazırlaşır.
29-12-2015, 12:24
Sevincdən açıq-saçıq geyim - "Bu paltarı mənə aşkım alıb"