Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: "Vətən sənin, mənim, hamımızındır!"
Tarix: 17-02-2017 | Saat: 23:09
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

Aqil Acalov: "Vətən sənin, mənim, hamımızındır!"

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov gənclərə, yeniyetmələrə Vətən sevgisinin aşılanmasının önəmindən söz açıb: "Biz onlara Vətəni tanıtmalı, tariximizi tanıtmalıyıq. Belə olarsa, onlar vətənin hər qayasını, daşını sevəcəklər.
Bəs Vətən nə deməkdir? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: “uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə vətən sevgisinden doğur".
"Xəbəraz.az " xəbər verir ki, Federasiya prezidenti Vətən sevgisinin nə olması ilə bağlı da münasibət bildirib: "Vətən sevgisi ən uca sevgidir. Unutma­malıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazan, şəhidlər verən bir millətin övladlarıyıq.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
Vətən mənim, sənin, bizim, sizin – hamımızındır".
Aqil Acalov gənclərə hərbi-vətənpərvərlik tərbiyəsi aşılanması üçün təhsilin böyük rol oynadığını diqqətə çatdırıb: "Orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsə, yaxşı olar. Keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar".
Alpaqut Federasiyasının prezidenti Aqil Acalov hər bir şəxsin Vətən naminə çalışmasının zəruriliyini vurğulayıb: "İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır".


Xəbəri paylaş

1 2728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___