Ziya Məmmədov yola salındı
Tarix: 16-02-2017 | Saat: 20:12
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar nazirliyinə birləşdirildi. Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.
"Xəbəraz.az " unikal.org-a istinafən xəbər verir ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb. Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.
Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.
Sayt Ziya Məmmədovun alqışlarla yola salındığını qeyd edib.
Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü təsdiqləyib. Bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.
Xəbəri paylaş
1 1578 dəfə oxunub.
Digər xəbərlər

27-09-2016, 18:56
Nigar Camal gecə klubunda qısa libasda cəzb etdi – FOTOLAR
11-09-2020, 01:02
Məktəblərdə kütləvi tədbirlər keçirilməyəcək
1-02-2018, 10:59
Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək
2-06-2018, 22:05
"Məni "razborkaya" çağırırlar" -Kərim polisə getdi
30-07-2016, 00:21
Müğənni Xatirə onu axtarışa verdi- FOTO
27-01-2016, 21:06
“Azərbaycan” qəzeti satış problemi ilə üzləşib
13-08-2016, 10:10
Belə qəza görülmədi - VİDEO
16-11-2018, 10:29
Almaniyadan 1449 azərbaycanlı DEPORTASİYA OLUNDU
6-12-2016, 15:08
Nadir Qafarzadənin “Xoşbəxt qadın”ı - VİDEO