Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qonşu Gürcüstanda güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub.
Tarix: 14-06-2015 | Saat: 11:34
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Qonşu Gürcüstanda güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub.
Şirlər və pələnglər zooparkdan küçəyə qaçıblar.


Xeberaz.az- ın Anspressə istinadla verdiyi xəbərə görə, bu barədə xəbəri “Qruziya Onlayn” yayıb.

Yerli mətbuat bildirir ki, paytaxt Tiflisin bir çok küçə və meydanları suya qərq olub. Su axını yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub.

Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər.

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.

Bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Rəsmi təsdiqlənməsə də İki nəfərin ölməsi barədə xəbərlər yayılıb.

Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___