Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentlər mərasimin çox rəngarəng olduğu ilə razılaşıblar.
Tarix: 13-06-2015 | Saat: 13:17
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Prezidentlər mərasimin çox rəngarəng olduğu ilə razılaşıblar.


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan danışıqlar aparıblar.

Xeberaz.az TASS-a istinadən xəbər verir ki, liderlərin söhbəti mətbuat üçün qapalı şəraitdə keçirilib.

Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov, XİN rəhbəri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”-un (Atom Enerjisi üzrə Dövlət Korporasiyası) rəhbəri Sergey Kirienko, “Qazprom”un rəhbəri Aleksey Miller iştirak edib.

Putin və Ərdoğan mətbuatın iştirakı ilə söhbətə başlamağa meyilli deyildilər. Fotomüxbirlərin şəkil çəkdikləri bir neçə dəqiqə ərzində, hər ikisi iştirak etdikləri Birinci Avropa Oyunlarının açılış mərasimi barədə təəssüratlarını bölüşüblər.

Putin və Ərdoğan tədbirin çox rəngarəng olduğu ilə razılaşıblar və öz ölkələrinin, eləcə də oyunların ev sahibi Azərbaycanın idmançılarına uğurlar arzulayıblar.


Xəbəri paylaş

5058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___