Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı 2015: Karateçilərin mübarizəsi start götürdü – CANLI
Tarix: 13-06-2015 | Saat: 13:13
Bölmə:M / Karusel / İdman / M2 / Foto-fakt | çapa göndər

Bakı 2015: Karateçilərin mübarizəsi start götürdü – CANLI
Azərbaycan bütün çəki kateqoriyalarında təmsil olunur.

Kişilər arasında 60 kq çəki dərəcəsində kumite yarışında Firdovsi Fərzəliyev ispaniyalı Qomes Qarsiyaya 2-0 hesabı ilə qalib gəlib, daha sonra italiyalı Mareska Lukanı 2-4 hesabı ilə və Albaniya təmsilçisi Markeçi Halili 6-0 hesabı ilə məğlub edib.

Xeberaz.az apasport.az-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində kumite yarışında Niyazi Əliyev Gürcüstan təmsilçisi Tkebuçava İrakliyə 2-0 hesabı ilə, Fransa təmsilçisi Da Kosta Stevenə 3-1 hesabı ilə, İspaniya təmsilçisi Rasero Ruisi 2-0 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə kişilər arasında 75 kq çəki dərəcəsində kumite yarışında Rafael Ağayev Ukrayna təmsilçisi İlya Nikulini 3-0 hesabı ilə məğlub edib.

Qadınlar arasında 60 kq çəki dərəcəsində mübarizə aparan Nuranə Əliyeva avstriyalı Bettina Planklanı 0:1 hesab ilə qələbə qazanıb.Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl Oyunlarla vidalaşıb.

Qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.

O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.

10:55

Bu gün Bakı 2015 Avropa Oyunlarında karateçilər mübarizəyə başlayıblar.

Oxu.Az xəbər verir ki, “Crystall Hall”da təşkil olunan ilk yarış günündə 6 dəst medal oynanılacaq.

Karatenin kumite növü üzrə keçirilən yarışda Azərbaycan bütün çəki kateqoriyalarında təmsil olunur.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___