Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı müğənninin mahnısı litva filmində FOTO - VİDEO
Tarix: 05-02-2017 | Saat: 10:50
Bölmə:M / Karusel / Şou-Biznes / Təbriklər | çapa göndər

Azərbaycanlı müğənninin mahnısı litva filmində  FOTO - VİDEO

Litvanın "X faktor" televiziya müsabiqəsinin iştirakcısı olan 31 yaşlı azərbaycanlı rok-musiqiçi Vüsalın ifa etdiyi musiqi parçası litva filminin sountreki olacaq.

"Xəbəraz.az "-ın məlumatına görə, Vilniusda yaşayan Vusalın yeni mahnısı Litvanın məşhur musiqi film kompaniyasında təqdim olunacaq filmində səslənəcək.

Vüsal sevincini belə bölüşüb: "Çox sevincliyəm! Litvanın məşhur "Juke Train" adlı musiqi film kompaniyasının təqdim olunacaq filmində yeni mahnımız səslənəcək və bu inşallah fevral ayın 11-də baş tutacaq. Hər şey hazır olduqdan sonra ətraflı məlumat verəcəm".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan azərbaycanlı rok-musiqiçi Vüsal Litvanın Vilnius şəhərində yaşayır. Vüsal Litvanın "X faktor" televiziya müsabiqəsində iştirak edib. Azərbaycanı təmsil edən gənc musiqiçi müsabiqədə öz mahnılarını Azərbaycan, ingilis və hətta Litva dilində ifa edib. "X faktor" müsabiqəsi üçün o, ingilis dilində "Now is the time" və "A tired man" adlı iki mahnı yazıb. Vüsal müsabiqədə Azərbaycanı hamını unikallığı ilə özünə cəlb edən, xeyirxah insanların yaşadığı və isti dənizin olduğu günəşli ölkə kimi təbliğ edib.
Buradan izləyə bilərsiniz videonu

Azərbaycanlı müğənninin mahnısı litva filmində  FOTO - VİDEO
Azərbaycanlı müğənninin mahnısı litva filmində  FOTO - VİDEO
Azərbaycanlı müğənninin mahnısı litva filmində  FOTO - VİDEO
Azərbaycanlı müğənninin mahnısı litva filmində  FOTO - VİDEO


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
29-11-2017, 12:12 Sabahın hava PROQNOZU

bütün xəbərlər
____ Instagram ___