Polkovnik: "Düşmənin arzusu ürəyində qalacaq. Azərbaycan güclü atəş sistemi qurub"
Tarix: 04-02-2017 | Saat: 11:57
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Son zamanlar Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi rəhbərliyinin, hərbi vəzifəli şəxslərinin və ekspertlərinin öz xalqını sakitləşdirmək üçün aprel döyüşləri zamanı Azərbaycan tərəfinin azad etdiyi torpaqları yenidən ələ keçirəcəklərini vəd etmələri artıq adi hala çevrilib.
"Xəbəraz.az " xəbər verir ki, ermənilərin panorama.am saytında yer almış məlumatlarda separatçı Dağlıq Qarabağ rejiminin qondarma təhlükəsizlik şurasının katibi general Vitaliy Balasanyan yaxın zamanda hər şeyin öz yerinə qayıdacağını deyib.
Müxbirlərin Talış kəndi ilə bağlı sualını cavablandırarkən V.Balasanyan bildirib ki, guya Talış kəndi ilə bərabər Dağlıq Qarabağın hər yerində təhlükəsizlik hökm sürür. Eləcə də qondarma rejimin guya müdafiə naziri olan Levon Mnasakanyan erməni ordusunun günü-gündən təkmilləşdiyini deyib.
Erməni tərəfinin bu açıqlamalarına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənov açıqlamasında bildirib ki, bütün bunlar boş vədlərdən başqa bir şey deyil:
"Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, Ermənistan ordusuna vurduğu zərbə hələ uzun müddət erməni tərəfini şok vəziyyətdə saxlayacaq.
Düşmən aprel döyüşləri zamanı itirdiyi mövqeləri ilk zamanda qaytara bilmədisə, aradan bu qədər vaxt keçdikdən sonra həmin mövqeləri geri qaytarması barədə danışmaları həqiqətə uyğun deyil və gülüncdür. Çünki Azərbaycan tərəfi artıq mövqelərdə tam möhkəmlənərək atəş sistemini yaradıb.
Ordumuz nəzarətə götürdüyü hakim yüksəkliklərdəki mövqelərindən qarşı tərəfin hər addımını daim nəzarətdə saxlayır. Düşmən tərəfin hər hansı bir taktiki fəaliyyətinin və təxribatlarının qarşısının alınması üçün Azərbaycan ordusu lazım olan bütün imkanlara malikdir.
Bu səbəblərdən də işğalçı ölkə rəhbərliyinin bu cür "ümidverici" danışması və xalqına vədverici açıqlamalar etməsinə baxmayaraq, bu, onların çin olmayan arzusu olaraq qalacaqdır".
Xəbəri paylaş
5408 dəfə oxunub.
Digər xəbərlər

9-08-2020, 16:16
Bu sosial platforma "TikTok"u almaq niyyətindədir
20-12-2017, 21:10
Yeni il şənlikləri keçirilməyəcək - Qadağan olundu!
27-01-2023, 14:02
”Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
31-03-2023, 10:39
Bakıda taksi sürücüsünü sükan arxasında DÖYÜBLƏR: qəza törədib - FOTO
22-05-2017, 13:51
Ərdoğan Azərbaycana görə erməni siyasətçiylə mübahisə elədi
12-01-2017, 22:14
Şəhərin mərkəzində hamını gözəlləşdirməyə xidmət göstərən yeni bir məkan açıldı – Fleur Beauty Studio+FOTOLAR
29-06-2016, 18:08
İstanbul terrorçusunun görüntüsü yayıldı - Foto
5-06-2022, 03:02
NAZİR FİZULİ ƏHMƏDOVA YÜKSƏK VƏZİFƏ VERDİ
15-05-2021, 08:14
Evli ola-ola başqa kişilərlə yazışan qızını öldürən ata: - “Elə şeylər var ki, danışmaq olmur...”