Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edildi
Tarix: 04-02-2017 | Saat: 01:54
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edildi
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.


Xəbəri paylaş

8828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___