Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Oyunlarının Açılışına gedənlər üçün – TƏLİMAT
Tarix: 12-06-2015 | Saat: 14:49
Bölmə:M / Karusel / İdman / M2 / Foto-fakt / Ekskluziv | çapa göndər

Avropa Oyunlarının Açılışına gedənlər üçün – TƏLİMAT

Ekspress avtobusların hərəkət cədvəli və dayanacaqlar.

Bu gün Bakı 2015 I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

Xeberaz.az xəbər verir ki, möhtəşəm tədbirin açılış mərasimi saat 21:00-da Olimpiya stadionunda keçiriləcək.

Tamaşaçılar Olimpiya stadionuna yalnız metro və ekspress avtobuslarla gedə biləcəklər.



Avtobuslarla getmək istəyən tamaşaçılar metronun “Nizami”, “28 may”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” və “20 yanvar” stansiyalarının yaxınlığındakı dayanacaqlarda ekspress avtobuslara əyləşib Olimpiya stadionuna gedə bilər.



Ekspress avtobusların hərəkət cədvəlini təqdim edirik.



Metro ilə Olimpiya stadionuna getmək istəyənlər “Koroğlu” metrostansiyasından düşüb, orada quraşdırılan Olimpiya stadionuna necə getməli haqda məlumatverici nişanlara uyğun olaraq hərəkət edib Olimpiya stadionuna daxil ola bilərlər.



Şəxsi avtomobillə Olimpiya stadionuna giriş qadağandır.

Tədbir başa çatdıqdan sonra biletlərin sektorlarından asılı olaraq xüsusi personal tamaşaçını daha yaxın olduğu nəqliyyat məntəqəsinə yollayacaq.



Qeyd edək ki, Avropa Oyunları yarışlarına biletləri olan tamaşaçılar üçün ekspress avtobuslarda gediş pulsuz olacaq. Bunun üçün onlar biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər.



Tamaşaçı qismində iştirak edən şəxslər bilet və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.



Əlavə edək ki, 12 iyun saat 16.00-dan 13 iyun gecə saat 02.00-dək Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək hissədə yollar bağlı olacaq.














Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___