Trampla Putin razılığa gəldi - Təfərrüat
Tarix: 29-01-2017 | Saat: 09:55
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə D.Trampın mətbuat katibi Şon Spayser Tvitter səhifəsində bildirib. Onun sözlərinə görə, D.Tramp V.Putinə Ağ Evdəki Oval kabinetdən zəng edib. Danışıq zamanı otaqda Trampın müşavirləri iştirak edirlər.
Ş.Speyserin dərc etdiyi fotoda masa arxasında əyləşən Trampın telefonla danışdığı an əks olunub. Masanın ətrafındakılar arasında vitse-prezident Mayk Pens, Ağ Ev aparatının rəhbəri Rayns Pribas, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və strateji məsələlər üzrə müşaviri Stiven Bennondur.
***
Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı məhsuldar və müsbət olub. İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Kremlin yaydığı məlumata görə, 45 dəqiqə davam edən söhbətdə prezidentlər həmçinin Yaxın Şərqdəki vəziyyəti, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahın yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələlər müzakirə olunub.
Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər.
V.Putin və D.Tramp iki ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi əlaqələrin bərpa olunmasının vacibliyini qeyd ediblər.
Tərəflər telefon danışığı zamanı konstruktiv, bərabər hüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında əməkdaşlığın bərpası və inkişaf etdirilməsi istiqamətində birgə fəal iş aparmaq niyyətində olduqlarını bildiriblər.
6988 dəfə oxunub.
Digər xəbərlər

13-09-2016, 18:41
Bakıda yol polisi avtomobili qaydanı belə pozur (FOTO)
18-08-2017, 17:25
Yaponiya haqqında bilmədiklərimiz...
16-09-2016, 12:17
Zərdabda 10 günün gəlinin müəmmalı ÖLÜM SƏBƏBİ - RƏSMİ (YENİLƏNİB)
12-09-2017, 14:55
Məhşur aparıcın ailəsində XOŞ GÜN
5-04-2016, 12:08
Ermənilər Xankəndi bölgəsindən köçür
11-03-2016, 19:10
3 yaşında qızın gözü qarşısında anasına təcavüz etdilər (VİDEO)
23-12-2015, 15:43
Jurnalistlərin sorğusuna cavab verməyən cərimələnəcək
6-02-2018, 15:39
Prezident İlham Əliyev: İnkişafa davam!
17-03-2017, 13:53
Azadlığın sevinci - FOTOLAR
19-04-2018, 12:36
“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara MÜNASİBƏT