Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AZAL pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib.
Tarix: 12-06-2015 | Saat: 13:41
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

AZAL pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib.

Xeberaz.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1-30 iyun tarixində pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib.

AZAL-ın mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə qatılmaq istəyən namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar. Yaş - 18-25, boy - 160-180 santimetr, maksimum çəki - 75 kiloqram, Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3х4 sm ölçüdə şəkil, xarici dil biliklərini təsdiqləyən sertifikat (əgər varsa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Şəxsi heyətlə iş üzrə Baş idarəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.


Xəbəri paylaş

1 3358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___