Prezidentdən məcburi köçkünlərlə bağlı VACİB FƏRMAN
Tarix: 23-01-2017 | Saat: 19:09
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir:
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.
Xəbəri paylaş
1 1868 dəfə oxunub.
Digər xəbərlər

21-07-2019, 15:44
Qardaşı qızı ilə öpüşərkən görüntülənən aktyordan növbəti BİABIRÇILIQ
9-01-2022, 12:22
Əri Lider TV-nin keçmiş əməkdaşı Nahidə Həsənovanı balta ilə doğradı - Günəşlidə ŞOK
28-09-2015, 13:16
Qardaşını itirən müğənni göz yaşları içində danışdı – VİDEO
28-03-2017, 17:40
Azərbaycanlı qız ağladı, hamı onu ələ saldı - Video
27-05-2023, 10:07
"20 manatlara ehtiyacım yoxdur, "paçka"larla pul görmüşəm" - VİDEO
10-05-2022, 22:35
MUJGAN AYXAN: MƏNİM SEVGİLİM ANCAQ RƏİS OLA BİLƏR
15-12-2022, 11:33
Ağzı açıq halda yatmaq kariesin əmələ gəlməsinə səbəb olur
3-03-2016, 13:50
Dəhşət: ana kiçik qızlarını acından öldürdü - VİDEO