Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Putini təbrik etdi
Tarix: 11-06-2015 | Saat: 18:56
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı | çapa göndər

İlham Əliyev Putini təbrik etdi
“Strateji tərəfdaşlıq bundan sonra da hərtərəfli genişlənəcək”.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Sizi və Rusiyanın dost xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.

Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm”.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___